Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü və 23-cü bəndlərini rəhbər tutaraq, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-IIIQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

 

"Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 3, I kitab, maddə 125; 2001, ¹12, maddələr 731, 736; 2004, ¹ 11, maddə 901; 2006, ¹ 6, maddə 478; 2007, ¹ 5, maddə 436, ¹ 10, maddə 938; 2008, ¹ 5, maddə 348, ¹ 7, maddə 602) 14-cü maddəsinin beşinci hissəsinin mətnindən "geri" sözləri çıxarılsın, ikinci cümləsində "Mülki Məcəlləsi" sözlərindən sonra "və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 6 iyun.- S. 4.