“Qiymətləndirmə fəaliyyəti
haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü
və 27-ci bəndlərini rəhbər tutaraq,
"Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında" Azərbaycan
Respublikasının 2010-cu il 20 aprel tarixli 987-IIIQ nömrəli Qanununun tətbiqi ilə
əlaqədar qərara alır:
"Qiymətləndirmə
fəaliyyəti haqqında" Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
1998, ¹ 9, maddə 562; 2002, ¹ 5, maddə 241; 2007, ¹ 5, maddə
436, ¹ 8, maddə 745, ¹ 10, maddə 938) 5-ci maddəsinin beşinci abzasında "Mülki
Məcəlləsində" sözlərindən sonra "və
"Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında" Azərbaycan
Respublikasının Qanununda" sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 20 aprel
2012-ci il
Azərbaycan.- 2012.- 6 iyun.- S. 4.