Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-IIIQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının Meşə Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə 139; 1999, ¹ 8, maddə 476; 2004, ¹ 11, maddə 902; 2007, ¹ 5, maddə 436; 2008, ¹ 5, maddə 348; 2010, ¹ 4, maddə 274) aşağıdakı dəyişikliklər edilsin:

1. 20-ci maddənin ikinci hissəsinin yeddinci abzasından "geri" sözü çıxarılsın;

2. 51-ci maddənin ikinci hissəsində "Mülki Məcəlləsində" sözlərindən sonra "və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununda" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 6 iyun.- S. 4.