“Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
13-cü bəndini rəhbər tutaraq, "Torpaqların
dövlət ehtiyacları üçün alınması
haqqında" Azərbaycan Respublikasının 2010-cu il 20
aprel tarixli 987-IIIQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar
qərara alır:
"Daşınmaz
əmlakın dövlət reyestri haqqında" Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004, ¹ 8, maddə 603; 2006, ¹ 6, maddə
482; 2007, ¹ 8, maddə 745; 2008, ¹ 3, maddə 154; 2009,
¹ 12, maddə 948; 2011, ¹ 11, maddə 983) 6.2-ci maddəsinə
aşağıdakı redaksiyada ikinci cümlə əlavə
edilsin:
"Alınmanın
nəticəsi ilə bağlı hüquqların dövlət
qeydiyyatı üçün dövlət rüsumu
"Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında" Azərbaycan
Respublikasının Qanununa əsasən ödənilən
kompensasiyanın məbləğinə daxil edilmədikdə,
alınmanın təsirinə məruz qalan şəxsdən
dövlət rüsumu tutulmur.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 20 aprel
2012-ci il
Azərbaycan.- 2012.- 6 iyun.- S. 4.