Azərbaycan Eurovision mahnı müsabiqəsinin ən yaxşı nümunəsini nümayiş etdirdi

 

Azərbaycan "Eurovision" mahnı müsabiqəsinin ən yaxşı nümunəsini nümayiş etdirdi.

Bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri professor Əli Həsənov mayın 31-də jurnalistlərə müsahibəsində söyləmişdir.

Şöbə müdiri bildirmişdir ki, müsabiqənin keçirilməsi ərəfəsində bəzi antiazərbaycan qüvvələr, radikal dini dairələr hədələyici xəbərdarlıqlar edirdilər. Əlbəttə, Azərbaycan dövləti müsabiqənin bütün iştirakçılarının və xarici qonaqların təhlükəsizliyinə zəmanət vermişdi. Hüquq-mühafizə orqanları gücləndirilmiş rejiminə keçmişdi. Bunun nəticəsi olaraq ölkəmizə gələn hər bir turistin, xarici jurnalistin təhlükəsizliyi tam təmin edildi, "Eurovision" mahnı  müsabiqəsinin pozulması ilə bağlı edilən cəhdlərin qarşısı qətiyyətlə alındı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 1 iyun.- S. 2.