Azərbaycan
Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-IIIQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12, I kitab, maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603; № 12, maddə 1115) aşağıdakı məzmunda 102.1.18-ci maddə əlavə edilsin:
"102.1.18. Torpaqların dövlət ehtiyacları üçün alınması zamanı ödənilən kompensasiya.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
20 aprel 2012-ci il
Azərbaycan.- 2012.- 6 iyun.- S. 5.