“Su təchizatı
və tullantı suları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci
və 13-cü bəndlərini rəhbər tutaraq,
"Torpaqların dövlət ehtiyacları üçün
alınması haqqında" Azərbaycan
Respublikasının 2010-cu il 20 aprel tarixli 987-IIIQ nömrəli Qanununun tətbiqi ilə
əlaqədar qərara alır:
"Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 2; 2007, ¹ 5, maddə 436; 2008, ¹ 5, maddə 348; 2009, ¹ 10, maddə 768; 2010, ¹ 5, maddə 374; 2011, ¹ 4, maddə 263) 46-cı maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:
"Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaqların dövlət ehtiyacları üçün alınmasına Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və şərtlərlə yol verilir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
20 aprel 2012-ci il
Azərbaycan.- 2012.- 6 iyun.- S. 5.