Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-IIIQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

 

"Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 8, maddə 520; 2004, ¹ 5, maddə 314; 2005, ¹ 2, maddə 62; 2006, ¹ 6, maddə 486, ¹ 8, maddə 657, ¹ 11, maddə 923; 2007, ¹ 11, maddə 1082; 2008, ¹ 5, maddə 348,  ¹ 6, maddə 462, ¹ 11, maddə 958, ¹ 12, maddə 1048; 2011, ¹ 12, maddə 1077) 6.10-cu maddəsində "dövlət ehtiyacları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada geri alına bilər" sözləri "qanunla müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün alına bilər" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 6 iyun.- S. 5.