Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

  Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü və 23-cü bəndlərini rəhbər tutaraq, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-IIIQ  nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

 

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 12, maddə 740; 2002, ¹ 12, maddə 706; 2003, ¹ 1, maddə 23, ¹ 8, maddə 428, ¹ 12, I kitab, maddələr 676, 698; 2005, ¹ 1, maddə 1, ¹ 6, maddə 462, ¹ 8, maddə 684, ¹ 10, maddələr 873, 905, ¹ 12, maddə 1083; 2006, ¹ 3, maddələr 223, 225, ¹ 6, maddə 481, ¹ 12, maddələr 1015, 1029; 2007, ¹ 2, maddə 80, ¹ 12, maddə 1203; 2008, ¹ 3, maddə 158, ¹ 6, maddə 462, ¹ 7, maddə 602, ¹ 12, maddə 1047; 2009, ¹ 1, maddə 5, ¹ 2, maddə 56, ¹ 3, maddə 160, ¹ 7, maddə 519, ¹ 12, maddə 947; 2010, ¹ 4, maddə 276, ¹ 6, maddə 485, ¹ 10, maddə 840, ¹ 11, maddə 939; 2011, ¹ 1, maddə 12, ¹04, maddələr 245, 264, ¹ 11, maddə 985, ¹ 12, maddə 1100; 2012,  ¹ 1, maddə 4) aşağıdakı məzmunda 27.3-cü maddə əlavə edilsin:

"27.3. Alınmanın nəticəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı üçün dövlət rüsumu "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən kompensasiyanın məbləğinə daxil edilmədikdə, alınmanın təsirinə məruz qalan şəxsdən dövlət rüsumu tutulmur.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 6 iyun.- S. 5.