Qaçqın və
məcburi köçkün ailələrinin
sosial problemlərinin həlli istiqamətində
işlər davam etdirilir
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən qaçqın və məcburi köçkün ailələrinin sosial problemlərinin həlli istiqamətində işlər ardıcıl davam etdirilir.
Nazirlikdən AzərTAc-a bildirmişlər ki, cari ilin
yanvar-aprel aylarında "Teleradio"
İstehsalat Birliyi
(İB) tərəfindən "Rabitəçi"
sağlamlıq düşərgəsində məskunlaşmış
354 nəfər məcburi köçkün
ailələrinə yardım edilmişdir.
Düşərgədə yerləşən 9 saylı Şuşa orta məktəbinin
nəzdində şagirdlər üçün musiqi siniflərinin
tikinti işləri başa
çatdırılmışdır.
Azərbaycan.- 2012.- 1 iyun.- S. 2.