Azərbaycan ilə
Ukraynanın əməkdaşlıq əlaqələri
yüksək qiymətləndirilmişdir
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə iyunun 5-də Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə siyasi və iqtisadi sahələrdə Azərbaycan-Ukrayna əməkdaşlığı yüksək qiymətləndirilmiş, ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin dərin tarixə söykəndiyini və strateji tərəfdaşlıq prinsipləri əsasında formalaşdığı diqqətə çatdırılmışdır.
Baş nazir Artur Rasizadə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından razılığını diqqətə çatdırmışdır.
Nazir Konstantin Qrişenko mövcud münasibətləri əsasında yeni uğurlara imza atmağın vaxtının gəlib çatdığını qeyd edərək demişdir ki, onun ölkəsi əlaqələrin daha da genişləndirilməsi ilə bağlı birgə layihələrin reallaşdırılmasında maraqlıdır.
AzərTAc
Azərbaycan.- 2012.- 6 iyun.- S. 6.