Bakıda II Xəzər Beynəlxalq EnergetikaAlternativ Energetika sərgisi açılmışdır

 

 İyunun 5-də Bakıdakı "Ekspo" sərgi mərkəzində "Caspian Power-2012" II  Xəzər Beynəlxalq EnergetikaAlternativ Energetika sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, Azərbaycan, Almaniya, Türkiyə, UkraynaRusiyadan energetika texnologiyaları sahəsində aparıcı şirkətlərin iştirak etdiyi sərgidə energetikaelektrotexnika məhsulları (o cümlədən alternativ energetika sahəsində), enerjiyə qənaət məhsulları, işıqlandırma sistemləri nümayiş etdirilir. Eyni zamanda sərgidə yanacaq-energetika sahəsində yeniliklər və nailiyyətlər də təqdim olunur.

Qeyd edək ki, sərgidə nümayiş etdirilən bir sıra sektorların əlaqəli olması ilə bağlı artıq iki ildir ki, "Caspian Power-2012"  Xəzər Beynəlxalq Neft-Qaz, Neft emalı və Neft kimya sərgi və konfransı ilə bir yerdə keçirilir.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Azərbaycan Dövlət Şirkəti kimi dövlət qurumları ilə yanaşı, sərgidə Azərbaycan energetika sektorunda fəaliyyət göstərən yerlixarici şirkətlər, o cümlədən "AZENCO STP Sumgait Technologies Park", "GOKNUR Baki LLC", "Schneider - Electric" şirkətləri öz məhsullarını nümayiş etdirirlər.

Builki sərginin fərqli cəhəti ekspozisiya meydanının iki dəfə artırılmasıdır. Bu isə cəmiyyətdə "təmiz" enerji məsələlərinə marağın artmasından xəbər verir. Sərgidə "Energetikaelektrotexnika", "Enerjiyə qənaət və enerji səmərəliliyi", "Kabel-naqil məhsulları və işıqlandırma" bölmələri fəaliyyət göstərir. Fransanın "Schneider Electric" şirkəti, Almaniyanın tanınmış "LAPP" şirkəti və elektrik enerjisinin paylanması və avtomatlaşdırılması sahəsində  digər dünya liderləri innovasiyalar təqdim edirlər.

 

 

Azərbaycan.- 2012.- 6 iyun.- S. 7.