ÜST-ün baş direktoru Azərbaycanda səhiyyənin inkişafında ölkə rəhbərliyinin fəaliyyətini yüksək qiymətləndirmişdir

 

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə Komitəsinin 131-ci sessiyasında iştirak etmişdir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan nümayəndə heyəti ilə görüşdə ÜST-ün baş direktoru Marqaret Çan ölkəmizdə  sosial sahədə aparılan islahatlardan danışmışdır. M.Çan iqtisadiyyatdan gələn gəlirlərin xalqın sağlamlığına və digər humanitar sahələrə yönəldilməsində, habelə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında Prezident İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın müstəsna xidmətlərini xüsusilə vurğulamışdır.

 

 

Azərbaycan.- 2012.- 6 iyun.- S. 7.