NATO/ABŞ
ekspertləri ilə Azərbaycan Respublikası Silahlı
Qüvvələri mütəxəssislərinin işçi görüşü
başlamışdır
İyunun 5-də Silahlı
Qüvvələrin hərbi təhsil sisteminin
bəzi sahələrinin inkişafına yardım üzrə
NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində
fəaliyyət planına uyğun olaraq, NATO/ABŞ ekspertləri ilə Azərbaycan
Respublikası Silahlı Qüvvələri mütəxəssislərinin
işçi görüşü
başlamışdır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, iki
gün davam edəcək
işçi görüşündə
müdafiə planlaması, ABŞ-Azərbaycan münasibətləri,
son vaxtlar
ABŞ-ın müdafiə siyasətində baş
vermiş dəyişikliklər, strateji idarəetmə, SWOT (güclü
və zəif cəhətlər, imkanlar
və təhlükələr) prosesi kimi mövzular ətrafında
birgə müzakirələr aparılacaqdır.
Azərbaycan.- 2012.- 6 iyun.- S. 7.