Azərbaycan-Türkmənistan əlaqələri dinamik inkişaf yolundadır

 

 İyunun 9-da müstəqil Azərbaycanla Türkmənistan arasında diplomatik münasibətlərin yaradılmasının 20 ili tamam olur. Diplomatik münasibətlərin qurulması ümumi tarixi, etnikdil yaxınlığına malik qardaş xalqlarımızın çoxəsrlik qarşılıqlı əlaqələrində yeni mərhələnin başlanğıcıdir. SSRİ-nin dağılmasından sonra milli müstəqillik yoluna qədəm qoymuş dövlətlərimiz demokratik təsisatların, sosial yönümlü bazar iqtisadiyyatı sisteminin yaradılması istiqamətində çətin yol keçmişdir. Ölkələrimizin siyasisosial-iqtisadi inkişafının hazırkı mərhələsi isə Türkmənistan və Azərbaycan xalqlarının gələcək tərəqqisi naminə sabit inkişafla səciyyələnir.

20 il ərzində Azərbaycan-Türkmənistan əlaqələri iki dövlətin müxtəlif sahələrdə qarşılıqlı hörmət və hüquq bərabərliyinə əsaslanan sıx əməkdaşlığı, beynəlxalq və regional siyasətin aktual məsələlərinin həllində birgə səylərin vacibliyinin dərki ilə əlamətdar olmuşdur. Azərbaycan-Türkmənistan  əməkdaşlığının ötən dövrü dövlətlərarası dialoqun yüksək səviyyəsi ilə, beynəlxalq aləmdə qarşılıqlı dəstək və etimadla səciyyələnmişdir. Azərbaycan və Türkmənistanın beynəlxalq məsələlərdə və nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini və təşəbbüslərini dəstəkləməsi dövlətlərimizin qarşılıqlı münasibətlərində qırmızı xətt kimi keçir. Azərbaycan-Türkmənistan əlaqələrinin əsas məzmununu təşkil edən bu amil, şübhəsiz, ikitərəfli əməkdaşlığın hərtərəfli şəkildə dərinləşməsinə kömək edir. Biz Türkmənistanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımasını və dəstəkləməsini yüksək qiymətləndiririk.

Məlumdur ki, bu gün Azərbaycanın ən ağrılı yeri Dağlıq Qarabağ münaqişəsidir. Beynəlxalq səviyyədə tanınmış tarixi Azərbaycan torpağı - Dağlıq Qarabağona bitişik yeddi rayon 20 ildir işğal altındadır. Ölkəmizdə bir milyondan çox qaçqın və məcburi köçkün var. Azərbaycan dövləti onlar üçün hər cür şərait yaratmışdır. Eyni zamanda vətəndaşlarımızın öz torpaqlarına qayıtmaq hüququ var. Bu gün münaqişə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə, eləcə də digər beynəlxalq təşkilatlar - ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı çoxsaylı sənədlər qəbul etmişdir. Bütün bunlar isə ən yüksək səviyyədə qəbul edilmiş beynəlxalq qərarlardır. Ölkəmizin ərazi bütövlüyü beynəlxalq birlik, bütün ölkələr tərəfindən tanınmışdır. Azərbaycan danışıqlarda konstruktiv mövqe nümayiş etdirir, status-kvonun dəyişməsinə tərəfdar çıxır. Böyük potensialı və güclü ordusu olan Azərbaycan məsələni dinc yolla həll etmək istəyir və dəfələrlə bununla əlaqədar mövqeyini ortaya qoymuşdur.

2011-ci ildə Azərbaycan Respublikasının xarici siyasətində yaddaqalan tarixi hadisələr baş vermişdir. Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının üzvü seçilmiş, həmçinin Qoşulmama Hərəkatının sıralarına daxil olmuşdur. Bu hadisələr Azərbaycanın müstəqilliyinin bərpasının 20 illik yubileyi ilə üst-üstə düşmüşdür. Sevindirici haldır ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan qardaş Türkmənistan ölkəmizin təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olmuşdur. 155 ölkənin dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilmiş və 2012-ci ilin mayında Şurada sədrlik etməyə başlamışdır. Elə bu il Türkmənistan  BMT-nin üç nüfuzlu strukturuna - BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarının Proqramının İcraiyyə Komitəsinə, Əhali və İnkişaf Komissiyasına, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinə üzv seçilmiş, həmçinin MDB-də sədrlik etmişdir.

Müstəqillik illərində ölkələrimiz dünya birliyində layiqli yer tuta bilmişdir. Bu gün Azərbaycan və Türkmənistana təkcə enerji ehtiyatları nəql edən tərəfdaş kimi yox, həm də müasir ölkələr, tolerant, əhalisi gənc olan, turizm, kosmik sənaye və digər sahələrdə böyük potensiala malik dövlətlər kimi baxırlar. Azərbaycan kimi Türkmənistan da regionda sabitləşdirici amil rolunu oynayır. İki ölkə bir sıra mühüm siyasiiqtisadi layihələrin təşəbbüskarı olmuşdurbu indidavam edir. Bütün bu layihələr və təşəbbüslər uğurlu olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dahiyanə layihəsi - Bakı-Tbilisi-Ceyhan boru kəməri reallaşaraq dünya bazarına yol açmış və Azərbaycanı tanıtmışdır. Azərbaycan və Türkmənistanın yaratdığı nəqliyyat və energetika arteriyaları Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirir. Materiklərin qovşağında yerləşən ölkələrimiz Avropa-Qafqaz-Asiya marşrutunda aparıcı rol oynayır. Bu, yaxın vaxtlarda Aşqabadda "Mərkəzi Asiya və Xəzər regionunda nəqliyyat və tranzitin inkişaf perspektivləri" mövzusunda keçirilmiş beynəlxalq konfransda xüsusi olaraq vurğulanmışdır. Bakı və Türkmənbaşı limanları arasında müntəzəm bərə əlaqəsi təkcə qardaş xalqları - Azərbaycan və Türkmənistanı yox, həm də Avropa və Asiyanı birləşdirir. Azərbaycan və Türkmənistanın nəqliyyat strukturları rəhbərlərinin "Mərkəzi Asiya və Xəzər regionunda nəqliyyat və tranzitin inkişaf perspektivləri" konfransı çərçivəsində görüşü nəqliyyat sahəsində əməkdaşlığın inkişafında yeni dönüş nöqtəsi olmuşdur. Ölkələrimizdə Böyük İpək Yolunun müasir formada dirçəldilməsi xalqlarımızın tarixi əlaqələrini və birliyini bir daha nəzərə çarpdırır.

Coğrafietnik yaxınlığı, tale, mədəniyyət, adət-ənənə, dildin birliyi ilə bir-birinə bağlı olan xalqlarımızın sıx və effektiv əməkdaşlıq üçün böyük imkanları var. Azərbaycan-Türkmənistan əlaqələri həmişə mehriban qonşuluq və qardaşlıq xarakteri daşımışdır. Diplomatik münasibətlərin 20 ili ərzində Azərbaycan Respublikası ilə Türkmənistan arasında 40-dan çox hökumətlərarası sənəd imzalanmışdır.

Dost dövlətlərin başçıları cənab İlham Əliyev və cənab Qurbanqulu Berdıməhəmmədovun qarşılıqlı səfərləri çərçivəsində sazişlərin imzalanması Azərbaycanla Türkmənistan arasında dostluq əlaqələrinin inkişafına yeni güclü təkan vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu sənədlər əməkdaşlığın formatlarını müəyyənləşdirir, amma onları məhdudlaşdırmır, siyasi və xüsusilə də iqtisadi əlaqələri qarşılıqlı anlaşma və əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə yüksəltməyə imkan verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanla Türkmənistan arasında dostluq əlaqələrinin Mərkəzi Asiya, Xəzər, Qafqaz   regionu üçün böyük əhəmiyyətini vurğulayaraq demişdir: "Biz iki müstəqil dövlət kimi öz energetika potensialımızı tamamilə reallaşdırmışıq. Həyata keçirdiyimiz layihələr xalqlarımızın bir çox onilliklər üçün xoşbəxt gələcəyini təmin edəcək".

Dövlətlərimizin başçılarının dəfələrlə qeyd etdikləri kimi, Azərbaycan və Türkmənistanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi iki ölkənin geoiqtisadi üstünlüyündən həm onların milli inkişafı naminə, həm də digər ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq baxımından effektiv istifadə imkanlarını şərtləndirir. Bu mənada ölkələrimizin energetika sahəsində fəal və səmərəli əməkdaşlıq etdiyi bir sıra beynəlxalq energetika agentliklərinin, iri maliyyə təsisatlarının, ABŞ və Avropa Birliyi ölkələrinin aparıcı şirkətlərinin nümayəndələrinin marağı tamamilə təbiidir.

Mübaliğəsiz demək olar ki, beynəlxalq aləmdə bir-birinə dəstək verən iki ölkənin maraqlarının ümumiliyi hər gün, hər saat təsdiqini tapır. Belə bir qarşılıqlı maraq elm və təhsil sahəsində bir sıra həyati əhəmiyyətli sazişlərin imzalanması, nəqliyyat sahəsində əməkdaşlıq, iqtisadi əməkdaşlığa dair Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyasının fəaliyyəti ilə özünü göstərir. Alimlərin beynəlxalq konfranslarda, incəsənət xadimlərinin festival və mədəniyyət proqramlarında fəal iştirakı iki qardaş xalqın zəngin mədəni-tarixi irsinin qorunub saxlanması və təbliğində əməkdaşlığı möhkəmlədir. Bakıda Türkmənistanın Dirçəliş, Birlik və Məhtumqulu Fraqi poeziyası günü münasibətilə konfransın keçirilməsi, həmçinin Azərbaycan alimlərinin "Türkmənistanın orta əsr şəhərləri Avrasiya sivilizasiyası sistemində", "Dövlətməmməd Azadi və XVIII əsr türkmənlərinin həyatı" və digər beynəlxalq elmi konfranslarda iştirakı xalqlarımızın bir-birinə marağına, bir-birinin taleyində iştirakına əyani sübutdur. Türkmən müəlliflərinin əsərlərinin, o cümlədən Məhtumqulu Fraqinin "Seçilmiş əsərləri"nin, Mollanepesin "Mən bu diyara gəldim" kitabının, Nurməhəmməd Əndəlibin "Şeirlər, poemalar və dastanlar"ının, Sultan Hüseyn Baykarın "Divan"ının, Zahiruddin Məhəmməd Baburun "Seçilmiş əsərləri"nin, həmçinin Türkmənistan Prezidenti Q.Berdıməhəmmədovun 2011-ci ilin mayında Aşqabadda böyük uğurla təqdimatı keçirilmiş "Ahaltəkinli fəxrimiz və şöhrətimizdir" kitabının Azərbaycan dilinə tərcüməsi bu işə kömək edir. Türkmənistan Prezidenti Q.Berdıməhəmmədovun dünyanın bir çox dillərində, o cümlədən Azərbaycan dilində çap olunmuş "Türkmənistanın iqtisadi strategiyası: xalqa söykənərək, xalq naminə" kitabı böyük maraq doğurur.

Səfirliyin təşəbbüsü ilə "Görkəmli adamların həyatı" seriyasından "Heydər Əliyev", "İnsanlığa qarşı cinayət", "Azərbaycan xalq nağılları" kitabları türkmən dilində nəşr olunmuş, Türkmənistan Prezidenti Q.Berdıməhəmmədovun "Babasının arzularını həyata keçirən nəvə" kitabı Azərbaycan dilində çapa hazırlanmışdır. Səfirliyin fəal iştirakı ilə Məhtumqulu adına Türkmənistan Musiqili-Dram Teatrında böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası tamaşaya qoyulmuşdurbu günnümayiş etdirilir.

Azərbaycanın elmtexnika sahəsində nailiyyətləri qardaş Türkmənistanda maraqla qarşılanır. "Türkmənistanın təbii sərvətlərinin kompleks emalında innovasiya texnologiyaları" mövzusunda Aşqabadda keçirilmiş beynəlxalq elmi konfransda Azərbaycanın görkəmli alimləri V.Abbasovun ("Neft, qazçıxarma və neft emalı sənayesi üçün AMEA Neft-Kimya Prosesləri İnstitutunda yaradılan kimyəvi reagentlər") və H.İbrahimovun ("Metanol zavodu - qaz sənayesində innovasiya texnologiyaları") məruzələri böyük əks-səda doğurmuşüç ən yaxşı çıxış sırasına daxil edilmişdir.    

Bu yaxınlarda Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Z.Əsgərovun rəhbərliyi ilə bir qrup deputatın Türkmənistan Konstitusiyasının qəbul olunmasının 20 illiyi münasibətilə keçirilmiş təntənələrdə iştirakı və onların Türkmənistan Prezidenti Q.Berdıməhəmmədov tərəfindən dostcasına qəbul edilməsi, həmçinin Azərbaycan Respublikasının rəsmi şəxslərinin Türkmənistanda keçirilmiş beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirakı ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. 2012-ci il mayın 11-12-də İslam  Əməkdaşlıq Təşkilatının və BMT-nin Qaçqınların İşləri üzrə ali komissarının birgə təşkilatçılığı ilə Aşqabadda keçirilmiş "Müsəlman dünyasında qaçqınlar" beynəlxalq konfransında qəbul olunmuş Aşqabad Bəyannaməsinin 9-cu bəndində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik rayonlarının işğalı nəticəsində bir milyon qaçqın və məcburi köçkün məsələsinin əksini tapması qardaş dəstəyinin rəmzi olmuşdur.

MDB Ölkələri Hökumət Başçıları Şurasının Aşqabadda keçirilmiş növbəti iclası çərçivəsində Türkmənistan Prezidenti Q.Berdıməhəmmədovun Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Y.Eyyubovla görüşü xalqlarımızın ümumi mənafeyi naminə dostluqmehriban qonşuluq ənənələrinin inkişafında irəliyə doğru bir addım olmuşdur.

Azərbaycanla Türkmənistan arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyi ərəfəsində Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyinin və Türkmənistan Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Məhtumqulu adına Türkmənistan Musiqili-Dram Teatrında H.Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrının "Ziyarətçi" tamaşası göstərilmişdir.

Cari ayın 6-8-də Aşqabadda Azərbaycan Kinosu Günləri keçiriləcək, Azərbaycanın Türkmənistana hədiyyə etdiyi filmlər nümayiş etdiriləcək, ölkəmizin musiqi kollektivləri konsert proqramları ilə çıxış edəcək.

Prezidentlər İlham Əliyev və Qurbanqulu Berdıməhəmmədovun səyləri, həmçinin xalqlarımızın fədakar əməyi sayəsində siyasisosial-iqtisadi inkişafın hazırkı mərhələsində Azərbaycan və Türkmənistanda siyasi sabitliyə nail olunmuş, inkişaf dönməz xarakter almış və iki xalqın tarixində indiyədək görünməmiş dinamika kəsb etmişdir. Hər iki xalq qəti əmindir ki, iki dövlət arasında qarşılıqlı münasibətlərin inkişafı yolunda hər hansı xırda maneələr hər iki tərəfin konstruktiv yanaşması ilə dərhal aradan qaldırılacaq. Köklərimizin ümumiliyi, mədəniyyətlərimizin oxşarlığı qardaş xalqları bir-birinə daha da yaxınlaşdırır və dövlətlərimizin sıx əməkdaşlığı üçün möhkəm təməl yaradır. Diplomatik münasibətlərin yaradılmasından keçən 20 illik tarix bizə, iki qardaş xalqa həyatın bütün sahələrində, istər siyasi, istərsə də elmi, iqtisadi, humanitar, mədəni sahələrdə böyük uğurlar qazanmaq üçün vahid məkan yaratmağa imkan vermişdir.

Hazırda Azərbaycan-Türkmənistan əməkdaşlığı dinamik inkişaf edir. Şübhə yoxdur ki, ikitərəfli əlaqələr gələcəkdə daha da genişlənəcək, ölkələrimizi birləşdirən Xəzər dənizi dostluqquruculuq dənizinə, sülh və əməkdaşlıq bölgəsinə çevriləcək.

 

 

Vəhdət SULTANZADƏ,

Azərbaycan Respublikasının

Türkmənistan Respublikasındakı

fövqəladə və səlahiyyətli səfiri

 

Azərbaycan.- 2012.- 6 iyun.- S. 8.