Azərbaycan
Respublikasının Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsi yeni qaydaları təsdiq etmişdir
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə bir sıra normativ hüquqi akt təsdiq olunmuş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir. Belə ki, "Qiymətli kağızlar bazarında aktivlərin idarə edilməsi üzrə fəaliyyətin həyata keçirilməsi", "Qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətin həyata keçirilməsi" , "Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin növləri ilə eyni zamanda məşğul olunması" qaydaları və "Depozitar fəaliyyətinin həyata keçirilməsi" standartlarına dəyişikliklər təsdiq edilmişdir.
Həmçinin "2011-2020-ci illərdə Azərbaycan
Respublikasında qiymətli kağızlar bazarının
inkişafı" Dövlət Proqramının icrası ilə
əlaqədar "İnvestisiya qiymətli
kağızların emissiyası" qaydaları təsdiq
edilmişdir. Sözügedən qaydalar mülkiyyət
formasından asılı olmayaraq, Azərbaycan
Respublikasında fəaliyyət göstərən hüquqi
şəxslər tərəfindən korporativ istiqrazların
emissiyasını, səhmdar cəmiyyətinin nizamnamə
kapitalının artırılması zamanı səhmlərin
əlavə emissiyasını, səhmlərin birləşdirilməsi,
xırdalanması, onların nominal dəyərinin
artırılması və azaldılması zamanı səhmlərin
emissiyasını, kommersiya təşkilatlarının yenidən
təşkili zamanı investisiya qiymətli
kağızlarının emissiyasını tənzimləyir və
investisiya qiymətli kağızların
buraxılışlarına dövlət qeydiyyat nömrəsinin
verilməsi prosedurunu müəyyən edir. Eyni zamanda, Azərbaycan
Respublikasında emissiya edilən bütün investisiya qiymətli
kağızlarının qeydiyyat nömrəsinin beynəlxalq
standartlar əsasında verilməsini müəyyən edir və
Milli Nömrəliyici Agentliyi tərəfindən beynəlxalq
eyniləşdirmə nömrələrinin (İSİN
kodların) verilməsini nəzərdə tutur.
Azərbaycan.- 2012.- 6 iyun.- S. 8.