Andorra Azərbaycanla əməkdaşlıqda maraqlıdır

 

 Azərbaycanda səfərdə olan Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunyenin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 4-də İqtisadi İnkişaf Nazirliyində (İİN) olmuş, nazir Şahin Mustafayevlə görüşmüşdür.

İİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir Ş.Mustafayev Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanındığını, respublikada möhkəm siyasimakroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznesinvestisiya mühitinin yaradıldığını vurğulamışdır. Qeyd edilmişdir ki, Azərbaycanın dünyada artan nüfuzunun nəticəsində xarici ölkələr Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərirlər. Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən xarici işlər naziri Gilbert Saboya Sunye Andorranın Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulamışdır.

 

 

Azərbaycan.- 2012.- 6 iyun.- S. 8.