Azərbaycan ilə Dünya Bankı arasında Kapital bazarlarının müasirləşdirilməsi layihəsinin növbəti mərhələsi həyata keçirilmişdir

 

 İyunun 5-də Azərbaycan hökuməti ilə Dünya Bankı arasında "Kapital bazarlarının müasirləşdirilməsi" layihəsinin maliyyələşdirilməsinə dair imzalanmış kredit sazişinə uyğun olaraq məsləhətçi şirkətin seçilməsi üçün tender prosesinin yekun mərhələsi olmuşdur. Texniki təkliflərin qiymətləndirilməsi nəticəsində minimum keçid balını toplamış 3 şirkətin ("Corporate solutions", "Deloitte & Touche LLC", "Türkiyə kapital bazarları şurası") maliyyə təklifləri açıqlanmışdır.

Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, sözügedən təkliflərin açıqlanma mərasimində aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət tender komissiyasının üzvləri ilə bərabər iddiaçı şirkətlərin nümayəndələri də iştirak etmişlər.

Qiymətləndirmənin yekun nəticələrinə dair protokol Dünya Bankına təqdim olunacaq, həmçinin növbəti mərhələdə qalib şirkətlə xidmətlərin göstərilməsinə dair müqavilələrin razılaşdırılması ilə bağlı danışıqlara başlanılacaqdır.

 

 

Azərbaycan.- 2012.- 6 iyun.- S. 8.