Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə

 

 Əlavə I

 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra - Komitə) bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, gömrük işi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu əsasnaməni rəhbər tutur.

1.3. Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Komitə öz fəaliyyətini qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının qorunması, şəxslərin qanun qarşısında hüquq bərabərliyi, aşkarlıq, peşəkarlıq və xidmətdə nizam-intizam prinsipləri əsasında qurur.

1.5. Komitə müstəqil balansa, qanunvericiliyə uyğun olaraq istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, emblemə, bayrağa, müvafiq ştamplarablanklara malikdir.

1.6. Komitənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

1.7. Komitə Bakı şəhərində yerləşir.

 

2. Komitənin fəaliyyət istiqamətləri

2.1. Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. gömrük işi sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edirbu siyasətin həyata keçirilməsini təmin edir;

2.1.2.  gömrük işini təşkil edironun inkişafını təmin edir;

2.1.3. gömrük işi sahəsində normayaratma fəaliyyətini həyata keçirir;

2.1.4. hüquq mühafizə fəaliyyətini həyata keçirir;

2.1.5. Azərbaycan Respublikasında qabaqcıl gömrük tənzimlənməsi vasitələrinin tətbiqini təşkil edir.

 

3. Komitənin vəzifələri

3.1. Komitə  bu  əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. gömrük işi sahəsində normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;

3.1.2. qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının iqtisadimilli təhlükəsizliyini təmin etmək;

3.1.3. icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş qanunvericilik aktlarına riayət olunmasını təmin etmək;

3.1.4.  gömrük işinə dair qanunvericilik aktlarının pozulması hallarının qarısını almaqmüvafiq araşdırmalar aparmaq;

3.1.5. malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini təşkil etmək, onun təkmilləşdirilməsi və sadələşdirilməsi üçün tədbirlər görmək;

3.1.6. mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək;

3.1.7. gömrük ödənişlərinin alınmasını təmin etmək;

3.1.8. gömrük rüsumlarının, müvafiq vergilərin və dövlət rüsumunun vaxtında və tam həcmdə dövlət büdcəsinə köçürülməsini təmin etmək;

3.1.9. qanunvericilikdə nəzərdə tutulmuş qaydada malların gömrük  dəyərinin düzgün müəyyən olunmasına nəzarət sistemini təşkil etmək;

3.1.10. qanunvericilikdə nəzərdə tutulmuş hallarda lisenziyaixtisas attestatları vermək, onları ləğv etmək və ya onların fəaliyyətini dayandırmaq;

3.1.11. malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsi üçün əlverişli şərait yaratmaq;

3.1.12. gömrük sərhədindən keçirilən mallar barəsində ticarət siyasəti tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.13. gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparılması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silahların, ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixiarxeoloji sərvətlərinin, əqli mülkiyyət hüquqlarının obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, həmçinin başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq;

3.1.14. Azərbaycan Respublikasının dəmir yol vağzallarında, dəniz, çayhava  limanlarında, habelə digər yerlərdə beynəlxalq nəqliyyat vasitələrinin fəaliyyətinə qanunsuz müdaxilənin qarşısının alınmasında və beynəlxalq terrorçuluqla mübarizədə digər hüquq mühafizə orqanlarına yardım göstərmək;

3.1.15. milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixiarxeoloji sərvətlərinin qorunması sahəsində tədbirlərin həyata keçirilməsində müvafiq dövlət orqanlarına yardım göstərmək;

3.1.16. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində bioloji sərvətlərdən səmərəli istifadə edilməsi və qorunması üzrə dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, onlar gömrük sərhədindən keçirilərkən qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə nəzarəti təmin etmək;

3.1.17. insan alverçilərinin, habelə insan alveri qurbanlarının gömrük  sərhədindən keçməsinin qarşısını qanunvericilikdə nəzərdə tutulmuş qaydada almaq;

3.1.18. Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikasını və xüsusi gömrük statistikasını beynəlxalq standartlara və təcrübəyə uyğun aparmaq və təkmilləşdirmək;    

3.1.19. gömrük ərazisinə gətirilən mallara münasibətdə istehlakçıların hüquqlarının müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsində müvafiq dövlət orqanlarına yardım göstərmək;

3.1.20. Komitənin fəaliyyəti ilə əlaqədar insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

3.1.21. gömrük işini həyata keçirərkən şəxslərin hüquqlarının və maraqlarının qorunması üzrə tədbirlər görmək;

3.1.22. millixarici valyutanın, digər valyuta sərvətlərinin gömrük sərhədindən müvafiq qanunvericiliyə uyğun olaraq keçirilməsinə nəzarət etmək, habelə qanunla müəyyən edilmiş hallarda valyuta nəzarətini həyata keçirmək;

3.1.23. gömrük işi ilə əlaqədar beynəlxalq müqavilələrin layihələrinin işlənib hazırlanmasında iştirak etmək, bu müqavilələrdə nəzərdə tutulmuş beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.24. qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixrac nəzarətini həyata keçirmək;

3.1.25. dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallar üzərində qanunvericiliyə uyğun olaraq baytarlıq, fitosanitarsanitariya nəzarətini "bir pəncərə" prinsipi əsasında mümkün qədər qısa vaxtda həyata keçirmək;

3.1.26. ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan qonşu ölkələrdən Azərbaycan Respublikasının ərazisinə keçən nəqliyyat vasitələrini baytarlıq qanunvericiliyində müəyyən edilmiş qaydada və müddətdə məcburi dezinfeksiya etmək;

3.1.27. başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün onların təcrid olunmuş halda saxlanılmasının təmin edilməsi məqsədi ilə müvafiq ərazi dövlət baytarlıq müfəttişliyinə məlumat vermək;

3.1.28. beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericiliyə uyğun olaraq icazə blankları vermək;

3.1.29. gömrük işi sahəsində yeni informasiya sistemlərinin və texnologiyalarının tətbiqini, o cümlədən gömrük prosedurlarının elektron modellərinin, gömrük orqanlarının elektron məlumat sisteminin yaradılmasını, gömrük orqanlarının informasiya ehtiyatlarının formalaşdırılmasını və digər elektron  xidmətlərinin göstərilməsini təmin etmək; 

3.1.30. müasir texnologiyalardan və avadanlıqlardan istifadə etməklə, gömrük işi sahəsində riskləri idarəetmə sistemi əsasında gömrük nəzarətini təkmilləşdirmək;

3.1.31. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması ilə əlaqədar müvafiq tədbirlər görmək;

3.1.32. gömrük işi sahəsində elmi tədqiqat işləri aparmaqbu sahəyə aid məsləhətlər vermək;

3.1.33. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, gömrük işi sahəsində  elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.34. dövlət orqanlarına, hüquqifiziki şəxslərə gömrük məsələləri üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlar vermək;

3.1.35. dövlət orqanları, xarici ticarətin iştirakçıları və səlahiyyətli iqtisadi operatorlarla məlumatların elektron formada mübadiləsini həyata keçirmək;

3.1.36. müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada malların idxalı və ixracı barədə məlumatların digər dövlətlərin gömrük xidmətləri ilə elektron formada mübadiləsi, gömrük rəsmiləşdirilməsi və nəzarəti müddətinin mümkün qədər qısaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin kompleks idarə olunmasında iştirak etmək yolu ilə beynəlxalq ticarətin asanlaşdırılmasına şərait yaratmaq;

3.1.37. beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin  təmin edilməsi  məqsədi ilə xarici ticarətin iştirakçıları və səlahiyyətli iqtisadi operatorlarla tərəfdaşlıq əlaqələri yaratmaq;

3.1.38. digər dövlət orqanları ilə əməkdaşlıq etmək, həmçinin müvafiq məqsədlərə nail olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş hallarda onların fəaliyyətini əlaqələndirmək;

3.1.39. gömrük işi sahəsində islahatlar aparılmasını təmin etmək və bu sahədə inkişafı sürətləndirmək məqsədi ilə dövlət proqramları hazırlamaq və onların yerinə yetirilməsi üçün müvafiq tədbirlər görmək;

3.1.40. digər dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini Komitənin səlahiyyətinə aid məsələlər üzrə təmin etmək;

3.1.41. qanunvericiliyə uyğun olaraq gömrük orqanlarının və Komitənin tabeliyində olan digər qurumların fəaliyyəti üçün zəruri şərait yaradılması, onların maliyyə və digər maddi-texniki təminatı ilə bağlı tədbirləri həyata keçirmək;

3.1.42. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

3.1.43. informasiya və məsləhət təminatı işini təşkil etmək, fizikihüquqi şəxslərin müraciətləri əsasında müvafiq məlumatlar (arayışlar) təqdim etmək;

3.1.44. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini Komitənin səlahiyyətinə aid məsələlər üzrə təmin etmək;

3.1.45. Komitənin sistemində maddi və maliyyə vəsaitlərinin uçotunu təşkil etmək, onların istifadəsinə nəzarət etmək, struktur bölmələrin fəaliyyətinin səmərəliliyini artırmaq üçün müvafiq tədbirlər görmək;

3.1.46. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondunu idarə etmək və onun üzərində sərəncam vermək;

3.1.47. gömrük işi sahəsinə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.48. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.1.49. gömrük işi sahəsinə aid arxiv sənədlərinin müəyyən olunmuş qaydada saxlanılmasını və mühafizəsini təmin etmək;

3.1.50. gömrük işi sahəsində kadr hazırlığını təmin etmək məqsədi ilə gömrük orqanlarının fəaliyyətini və vəzifəli şəxslərinin peşə hazırlığını mütəmadi yoxlamaq və zəruri tədbirlər görmək, Komitənin vəzifəli şəxslərinin və tabeliyində olan digər qurumların işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək, onları müvafiq kurs və təlimlərə cəlb və ezam etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

3.1.51. Komitənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

3.1.52. Komitənin fəaliyyəti ilə bağlı vətəndaşlardan daxil olan təklif, ərizə və şikayətlərə baxmaq və vətəndaşların qəbulunu təmin etmək, daxil olmuş müraciətlərə vaxtında, o cümlədən yaradılmış internet saytı vasitəsilə cavab vermək və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görmək;

3.1.53. gömrük orqanlarında xidmətkeçmə və əmək münasibətləri haqqında qanunvericiliyin icrası üzrə tədbirlər görmək;

3.1.54. gömrük orqanlarının vəzifəli şəxslərinin və Komitənin tabeliyində olan digər qurumların işçilərinin dövlət və sosial müdafiəsi üzrə tədbirlər görmək, onların fiziki hazırlığını təmin etmək və tibbi təminatını həyata keçirmək;

3.1.55. xidməti-tətbiqi idman növlərinin inkişafı proqramlarını, bədən tərbiyəsi və idman tədbirlərinin təqvim planlarını, hərbi idman kompleksinin normativlərini təsdiq etmək;

3.1.56. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

4. Komitənin hüquqları

4.1. Komitə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. gömrük işi sahəsində normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

4.1.2. gömrük işi üzrə qanunvericilik aktlarına əsasən gömrük orqanlarına təqdim olunması nəzərdə tutulan sənəd və məlumatları şəxslərdən tələb etmək;

4.1.3. gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin həqiqiliyini və düzgünlüyünü araşdırmaq;

4.1.4. şəxslərin xarici ticarət əməliyyatlarının gömrük auditini aparmaq;

4.1.5. dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin sənədlərini, o cümlədən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarını (şəhadətnamələrini) qanunvericiliyə uyğun olaraq yoxlamaq;

4.1.6. malların və nəqliyyat vasitələrinin buraxılışından sonra şəxslərin bunlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirmələrini yoxlamaq, gömrük prosedurlarına nəzarəti həyata keçirmək, hüquqpozmaların operativ surətdə qarşısını almaq, əməliyyat-axtarış fəaliyyətini sürətləndirmək və digər məqsədlər üçün gömrük orqanlarının sistemi daxilində mobil qruplar təşkil etmək;

4.1.7. gömrük işi sahəsində cinayətlərin qarşısını almaq, belə cinayətləri törətmiş, habelə onların törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması və ya təqib edilməsi məqsədi ilə idarə, müəssisə və təşkilatlara (xarici dövlətlərin diplomatik, konsulluq başqa nümayəndəliklərinə, beynəlxalq təşkilatlara məxsus olanxüsusi təyinatlı nəqliyyat, rabitə vasitələri istisna edilməklə) məxsus rabitə və nəqliyyat vasitələrindən son zərurət vəziyyətində istifadə etmək;

4.1.8. təhqiqatı və istintaqı gömrük orqanlarının səlahiyyətinə aid edilmiş cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması, onları hazırlayan, törədən və ya törətmiş şəxsləri müəyyənləşdirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək;

4.1.9. cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təhqiqat və ibtidai istintaq aparmaq;

4.1.10. müvafiq qanunvericiliyə uyğun olaraq inzibati xətalarla bağlı işlər üzrə icraat aparmaq, bu işlərə baxmaqinzibati xətalar törətmiş şəxsləri məsuliyyətə cəlb etmək;

4.1.11. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallardaqaydada fiziki qüvvədən, xüsusi vasitələrdən (o cümlədən, texniki vasitələrdən) və odlu silahdan istifadə etmək;

4.1.12. müstəqil surətdə, yaxud digər hüquq mühafizə orqanları cəlb edilməklə, gömrük nəzarəti zonasında rejim qaydalarına riayət olunmasına nəzarət etmək, gömrük xidmətinin infrastruktur obyektlərinin mühafizə sistemini təşkil etmək, gömrük sərhədinin qorunması məqsədi ilə başqa tədbirləri həyata keçirmək;

4.1.13. malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi, həmçinin gömrük nəzarəti altında yerləşdirilən malların daşınması, saxlanılması, onlar üzərində yük əməliyyatlarının aparılması ilə bağlı faktları və hadisələri sənədləşdirmək, audioyazılar, videofoto çəkilişlər aparmaq;

4.1.14. öz funksiyalarını yerinə yetirmək məqsədi ilə şəxslərə gömrük qanunvericiliyinin pozulmasının aradan qaldırılması üçün yazılı formada xəbərdarlıqlar göndərmək və tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;

4.1.15. gömrük rəsmiləşdirilməsinin və nəzarətinin müasir metod və vasitələrinin tətbiqi məsələləri üzrə xarici ticarət iştirakçıları ilə əməkdaşlıq etmək məqsədi ilə onlarla rəsmi münasibətlər yaratmaq, məsləhətləşmələr aparmaq;

4.1.16. gömrük orqanlarında kargüzarlığın təşkil edilməsi, icra və əmək intizamına riayət olunması üzrə işin təşkili vəziyyətini yoxlamaq;   

4.1.17. Azərbaycan Respublikasının və xarici dövlətlərin xüsusi təyinatlı təhsil müəssisələrində kadrların hazırlanması üzrə müqavilələr bağlamaq;

4.1.18. fəaliyyət istiqamətlərinə uyğun rəylər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, gömrük işi sahəsi üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

4.1.19. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.1.20. Azərbaycan Respublikasının gömrük işi sahəsi üzrə beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təkliflər vermək;

4.1.21. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

4.1.22. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

4.1.23. Komitə sisteminə daxil olan gömrük orqanlarının və onun tabeliyində olan digər  qurumların fəaliyyətini yoxlamaq və təftişini həyata keçirmək;

4.1.24. gömrük işi sahəsi üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fizikihüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.25. qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəsində olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;

4.1.26. Komitənin ehtiyacları üçün əsaslı tikinti aparılması, bina və tikililərin yenidən qurulması və təmiri ilə bağlı işlər görmək, qanunvericilikdə nəzərdə tutulmuş hallarda müsabiqə keçirmək, müqavilələr bağlamaq, onların yerinə yetirilməsinə nəzarət etmək;

4.1.27. gömrük orqanlarının vəzifəli şəxslərinin və Komitənin tabeliyində olan digər qurumların işçilərinin əmək şəraitinin, maddi təminatının və sosial-məişət xidmətinin yaxşılaşdırılması barədə təkliflər vermək;

4.1.28. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5. Komitənin fəaliyyətinin təşkili

5.1. Komitənin aparatı, onun strukturuna daxil olan gömrük orqanları və tabeliyində olan digər  qurumlar, həmçinin Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi Komitənin vahid sistemini təşkil edir. Komitə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

5.2. Komitənin strukturu və işçilərinin ümumi say tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

5.3. Komitə sistemində qulluq keçmə qaydaları və Komitənin vəzifəli şəxslərinin hüquqi statusunun əsasları qanunvericiliklə müəyyən edilir.

5.4. Komitəyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri (bundan sonra - sədr) rəhbərlik edir. Sədr Komitəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.5. Sədrin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir birinci müaviniüç müavini vardır. Sədrin müavinləri onlara sədr tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirirbunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.6. Sədr:

5.6.1. Komitənin işini təşkil edirona rəhbərlik edir;

5.6.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Komitənin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, istehsalat-təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.6.3. Komitənin aparatının struktur bölmələrinin, gömrük orqanlarının və tabeliyində olan digər qurumların əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 5.11-ci bəndində Komitənin kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;

5.6.4. Komitənin tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini təsdiq edilmək üçün qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim edir;

5.6.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komitənin aparatının, tabeliyində olan gömrük orqanlarının və digər qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq  edir;

5.6.6. müəyyən edilmiş qaydada Komitənin aparatının işçilərini, gömrük orqanlarının və tabeliyində olan digər qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir;

5.6.7. Komitənin vəzifəli şəxslərinin  vəzifəyə təyin və vəzifədən azad etmə ilə bağlı səlahiyyətlərini müəyyən edir, kadr nomenklaturasını təsdiq edir və qanunvericiliklə müəyyən olunmuş qaydada işçilərin attestasiyasının keçirilməsini təşkil edir;

5.6.8. Komitənin vəzifəli şəxslərinin təltif edilmələri üçün müəyyən olunmuş qaydada döş nişanlarını təsis edir, onların təsvirini və əsasnaməsini təsdiq edir, Komitənin vəzifəli şəxslərini döş nişanı, Komitənin fəxri fərmanı ilə, həmçinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən səlahiyyət verildiyi halda, müvafiq medallarla təltif edir, habelə normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər həvəsləndirmə tədbirlərini tətbiq edir;

5.6.9. gömrük sisteminin inkişafı sahəsində səmərəli əməkdaşlığa və verdikləri töhfələrə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələrini və ölkə vətəndaşlarını Komitənin fəxri fərmanı və döş nişanı, həmçinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən səlahiyyət verildiyi halda, müvafiq medalla təltif edir;

5.6.10. qanunvericiliklə müəyyən edilmiş qaydada Komitə sisteminə daxil olan gömrük orqanlarının vəzifəli şəxslərinin və tabeliyində olan digər qurumların işçiləri barədə intizam tənbehi tədbirlərini tətbiq edir;

5.6.11. əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Komitədə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.6.12. Komitənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.6.13. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumları ilə münasibətlərdə Komitəni təmsil edir, verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır;

5.6.14.  Komitənin səlahiyyətlərinə aid edilən məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;

5.6.15. dövlət büdcəsindən ayrılmış vəsaitin səmərəli xərclənməsini təmin edir;

5.6.16. dövlət büdcəsindən ayrılmış vəsait və ştat sayı hüdudlarında, müəyyən olunmuş qaydada gömrük orqanlarının və Komitənin tabeliyində olan digər qurumların yaradılması, yenidən təşkili və ləğvi barədə müvafiq qərarlar qəbul edir;

5.6.17. Komitənin tabeliyində olan qurumların nəzdində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən qurumların yaradılması, yenidən təşkili və ləğvi barədə müvafiq qərarlar qəbul edir;

5.6.18. dövlət büdcəsindən ayrılan vəsaitlərin, büdcədənkənar xüsusi vəsaitlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini gömrük orqanları və Komitənin tabeliyində olan digər qurumlar arasında bölüşdürür, ayrılmış vəsaitlərin həddi nəzərə alınmaqla işçilərin vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;

5.6.19. gömrük orqanlarına işə qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təmin edir;

5.6.20. gömrük orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr verirali xüsusi rütbələr verilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;

5.6.21. Komitədə daxili təhlükəsizliyin təminatı məsələləri ilə əlaqədar qərarlar qəbul edir.

5.7. Sədr öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti olaraq icrasını müavinlərindən birinə tapşıra bilər.

5.8. Komitədə sədrdən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədrindən və Komitənin digər rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Komitənin kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.

5.9. Kollegiya üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

5.10. Kollegiyanın iclaslarında gömrük orqanlarının fəaliyyətinin əsas istiqamətləri, icra intizamının vəziyyəti, kadr məsələləri, normativ hüquqi aktların layihələri müzakirə olunur, digər mühüm məsələlərə baxılır və müvafiq qərarlar qəbul edilir.

5.11. Komitənin kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

5.11.1. Komitə ilə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;

5.11.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidentiya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Komitəyə tapşırılmış konkret normativ hüquqi aktlar;

5.11.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;

5.11.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;

5.11.5. sədrin təşəbbüsü ilə Komitənin kollegiyasının müzakirəsinə çıxarılan, bu Əsasnamənin 5.6.3-cü yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktlar;

5.11.6. bu Əsasnamənin 5.11.1 - 5.11.5-ci yarımbəndlərinə uyğun olaraq Komitənin kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişikliklərin edilməsi.

5.12. Komitənin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Komitənin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komitənin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiya sədrinin səsi həlledici hesab edilir.

5.13.  Kollegiyanın iclasları sədr tərəfindən mütəmadi olaraq çağırılır.

5.14. Kollegiyanın qaydasını sədr müəyyənləşdirir.

5.15. Komitənin kollegiyasının üzvləri və sədr arasında fikir ayrılığı yarandığı hallarda, sədr bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verərək öz qərarını həyata keçirir. Komitənin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Prezidentinə çatdıra bilərlər.

5.16. Komitənin kollegiyasının iclaslarına, zəruri hallarda, digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.

 

 

Azərbaycan.- 2012.- 6 iyun.- S. 10.