Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın İqtisadi məsələlər, Kənd Təsərrüfatı və İnnovasiyalar Nazirliyinin Xəzər regionunun enerji məsələləri üzrə xüsusi tapşırıqlar səfirini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Niderland Krallığının İqtisadi məsələlər, Kənd Təsərrüfatı və İnnovasiyalar Nazirliyinin Xəzər regionunun enerji məsələləri üzrə xüsusi tapşırıqlar səfiri Rene van der Lindeni qəbul etmişdir.

Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Niderland şirkətlərinin Azərbaycanda səmərəli fəaliyyətinə toxunan Prezident İlham Əliyev bu əməkdaşlığı daha da genişləndirməyin önəmini  qeyd etdi.

Niderland Krallığının İqtisadi məsələlər, Kənd Təsərrüfatı və İnnovasiyalar Nazirliyinin Xəzər regionunun enerji məsələləri üzrə xüsusi tapşırıqlar səfiri Rene van der Linden ölkələrimiz arasında siyasiiqtisadi əlaqələrin inkişafını yüksək qiymətləndirdi. Əlaqələrimizin genişləndirilməsində qarşılıqlı işgüzar səfərlərin əhəmiyyətini qeyd edən niderlandlı qonaq Bakıda keçirilən XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransında ölkəsinin geniş şəkildə təmsil olunduğunu məmnunluqla vurğuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 7 iyun.- S. 1.