Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident!

 

Milli bayram - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına şəxsən öz adımdan və Rumıniya xalqı adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Rumıniya ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri əminəm ki, gələcəkdə də uğurla inkişaf edəcək, ölkələrimizə və xalqlarımıza fayda verəcəkdir.

Mən, həmçinin Sizinlə mühüm dialoqumuzu məmnunluqla xatırlayır, Rumıniya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün birgə səylərimizin əhəmiyyətini bir daha qeyd etmək istərdim.

Əziz cənab Prezident, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Sizinlə tezliklə görüşmək ümidi ilə,

 

 

Trayan BESESKU,

Rumıniyanın Prezidenti

 

Azərbaycan.- 2012.- 7 iyun.- S. 1.