Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Çox hörmətli İlham Heydər oğlu!

 

Milli bayram - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə bundan sonra da səmərəli fəaliyyət, Azərbaycan xalqına isə səadət və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edib bir daha bildirirəm ki, Moskva vilayəti ilə Azərbaycan Respublikası arasında hərtərəfli qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyin mühüm əhəmiyyəti vardır.

 

Hörmətlə,

 

 

Sergey ŞOYQU,

Moskva vilayətinin

qubernatoru

 

Azərbaycan.- 2012.- 7 iyun.- S. 1.