Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹8, maddə 605; 2008, ¹12, maddə 1049; 2010, ¹4, maddələr 265, 276) aşağıdakı dəyişikliklər edilsin:

1. 12.1-ci maddədən ", qaydada və müddətlərdə" sözləri çıxarılsın və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Kommerisya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.";

2. 12.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"12.2. Dövlət zəmanəti ilə kredit alanya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrantya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu qanunun 12.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydada təqdim edirlər.";

3. 12.3-cü maddədə (12.3.1-12.3.3-cü maddələr istisna olmaqla) "hazırlayan" sözündən sonra ", habelə bu qanunun 12.2-ci maddəsində qeyd edilən" sözləri əlavə edilsin;

4. 12.3.1-ci, 12.3.2-ci və 12.3.3-cü maddələrdə "qanunvericiliklə" sözü "qanunla" sözü ilə əvəz edilsin;

5. 16-cı maddədə "olunması," sözündən sonra "dərc edilməsi," sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 7 iyun.- S. 1.