Azərbaycan
Respublikasının Mülki Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-IIIQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 4, I kitab, maddə 250, ¹ 5, maddə 323; 2002, ¹ 12, maddə 709; 2003, ¹ 8, maddə 420; 2004, ¹ 3, maddə 123, ¹ 5, maddə 318, ¹ 6, maddə 415, ¹ 10, maddə 761, ¹ 11, maddə 901; 2005, ¹ 2, maddə 61, ¹ 6, maddə 466, ¹ 8, maddələr 684, 692, 693, ¹ 11, maddə 996, ¹ 12, maddə 1085; 2006, ¹ 2, maddə 68, ¹ 3, maddə 225, ¹ 5, maddə 387, ¹ 6, maddə 478, ¹ 8, maddə 657, ¹ 12, maddə 1005; 2007, ¹ 2, maddə 80, ¹ 6, maddə 560, ¹ 8, maddə 745, ¹ 10, maddə 937, ¹ 11, maddə 1053, ¹ 12, maddələr 1215, 1219; 2008, ¹ 3, maddə 145, ¹ 6, maddə 456, ¹ 7, maddə 602, ¹ 12, maddə 1049; 2009, ¹ 2, maddə 47, ¹ 5, maddə 295, ¹ 6, maddə 404, ¹ 7, maddə 517; 2010, ¹ 2, maddə 75, ¹ 3, maddə 171, ¹ 4, maddələr 265, 266, 276; 2011, ¹ 2, maddə 71, ¹ 7, maddə 586, ¹ 8, maddə 750, ¹12, maddə 1102; 2012, ¹1, maddə 5) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 157.9-cu maddə aşağıdakı redaksiyada verilsin:
"157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.";
1.2. 246-cı maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması
246.1. Bu məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir.
246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır.
246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir.
246.4. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alğı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir:
246.4.1. mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir;
246.4.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür;
246.4.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir.
246.5. Bu məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir.
246.6. Torpağın alınmasından imtina hesab edilən hallarda, imtina edilmiş alınmanın obyekti olan torpağın ən azı 3 (üç) il ərzində alınmasına təkrar başlanıla bilməz.
246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.";
1.3. 247-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 247. Torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən kompensasiya
247.1. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır:
247.1.1. torpağın bazar qiymətinin müəyyən edilməsi;
247.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə, bərpa qiymətinin müəyyən edilməsi.
247.2. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət ehtiyacları üçün alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən, aşağıdakı amillər nəzərə alınır:
247.2.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin;
247.2.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən, mövcud inflyasiya;
247.2.3. torpağın (tikilinin) "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş bazar qiyməti;
247.2.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər;
247.2.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər;
247.2.6. alınma nəticəsində şəxs yaşayış, sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər.
247.3. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət ehtiyacları üçün alınan torpağa veriləcək kompensasiyanın məbləği müəyyən edilərkən, aşağıdakı amillər nəzərə alınmır:
247.3.1. alınmaya səbəb olan təcililiyin dərəcəsi;
247.3.2. alınmanın təsirinə məruz qalan şəxsin torpaqdan çıxmaqdan boyun qaçırması;
247.3.3. torpağın gələcəkdə istifadəsindən irəli gələ biləcək qiymətinin azalması;
247.3.4. torpağın gələcəkdə istifadəsindən irəli gələ biləcək qiymətinin artması;
247.3.5. alınan torpaqda hər hansı tikilinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri olan yenidən qurulmasına və kənd təsərrüfatı məqsədləri üçün torpaqda məhsulun davamlı becərilməsinə vəsait qoyuluşu halları istisna olmaqla "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq siyahıya alınma tarixindən sonra alınan torpağa sərf edilən yenidənqurma və digər əlavələrlə bağlı xərclər.
247.4. Dövlət ehtiyacları üçün alınan torpaqlara görə kompensasiya aşağıdakı formalarda ödənilir:
247.4.1. itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyətə, ölçüyə, istehsal potensialına malik olan torpaq sahəsi;
247.4.2. itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili;
247.4.3. kənd təsərrüfatı torpaqları itirildikdə, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan torpaqdan əlavə kənd təsərrüfatı torpağında istifadə etmək üçün bitkilər və toxumlar;
247.4.4. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş ümumi istifadədə olan əmlakla bağlı təminatlar;
247.4.5. torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq, müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi;
247.4.6. yerdəyişmə nəticəsində azalmış və ya itirilmiş gəlirin təmin edilməsi və ya əvəz edilməsi üçün müəyyən müddətə ödənişlər;
247.4.7. itirilmiş torpaqda əldə edilən qida məhsullarının və ya əvvəllər belə qida məhsullarını əldə etmək üçün istifadə olunmuş itirilmiş gəlirin əvəzinə müəyyən müddət ərzində qida məhsulları ilə mütəmadi təchizat;
247.4.8. yerdəyişmə nəticəsində itirilmiş iş imkanlarının əvəz edilməsi məqsədi ilə iş əldə etmək üçün alınmanın təsirinə məruz qalan şəxslərə yeni vərdişləri aşılamaqla və ya torpağın alınması layihəsi nəticəsində açılan iş imkanlarından istifadə etməklə əlaqədar təlimin təmin edilməsi;
247.4.9. alınmanın təsirinə məruz qalan şəxslərlə alan orqan arasında müəyyən edilən və ya razılaşdırılan digər kompensasiya formaları.
247.5. Alınmanın təsirinə məruz qalan şəxs ona ödənilməli kompensasiyanın bir və ya daha çox növünü seçə bilər.";
1.4. 248-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 248. Məhkəmə təsdiqi
248.1. Alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər.
248.2. Alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir:
248.2.1. torpağın alınmasının "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının;
248.2.2. alınan torpağa sahibliyin "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının;
248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin.
248.3. Torpağının alınmasına, torpağının üzərində sahibliyin əldə olunmasına və ya təklif olunan kompensasiyaya etiraz edən alınmanın təsirinə məruz qalan şəxs aşağıdakı əsaslardan biri və ya bir neçəsi ilə məhkəməyə ərizə verə bilər:
248.3.1. torpağın alınmasının "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olması;
248.3.2. torpağın alındığı layihənin həyata keçirilməsi üçün lazım olmaması;
248.3.3. təklif olunan
kompensasiyanın ədalətli
olmaması;
248.3.4. alan orqanın
müvafiq səlahiyyətlərə
malik olmaması;
248.3.5.
"Torpaqların dövlət
ehtiyacları üçün
alınması haqqında"
Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən olunmuş
prosedurlara riayət edilməməsi və ya düzgün və ədalətli riayət edilməməsi.
248.4. Torpaq üzərində hüquqların alınma prosedurlarını başa
çatdırmaq üçün
tələb olunan hər hansı hərəkətlərlə əlaqədar
alınmanın təsirinə
məruz qalan şəxsin üzərinə
heç bir xərc, ödəmə, yaxud başqa maliyyə tələbləri
qoyula və ya alına bilməz.";
1.5. 249-cu
maddə aşağıdakı
redaksiyada verilsin:
"Maddə 249. Torpağın
alınması barədə
qərarın hüquqi
qüvvəsi
249.1. Torpağın alınması
barədə qərarın
qəbul edildiyi tarixdən:
249.1.1. həmin torpaq alınan torpaq kimi tanınır;
249.1.2. alınan torpaqda
yaşayan və ya ondan istifadə
edən "Torpaqların
dövlət ehtiyacları
üçün alınması
haqqında" Azərbaycan
Respublikasının Qanununa
əsasən siyahıya
alınmış şəxslər
alınmanın təsirinə
məruz qalan hesab edilir;
249.1.3. alan orqan
alınan torpağın
alınması ilə
bağlı tələb
olunan tədbirləri
yerinə yetirmək öhdəliyini daşıyır;
249.1.4. köçürülmə
planı və (və ya) təlimatı
tələb olunan hallarda, alan orqan onların alınmanın təsirinə
məruz qalan şəxslərlə məsləhətləşməklə
ağlabatan müddətdə
hazırlanmasını təmin
etmək öhdəliyini
daşıyır;
249.1.5. alan orqan
alınmanın təsirinə
məruz qalan şəxslərə və
torpağın alınması
nəticəsində zərər
çəkəcək digər
şəxslər və
təşkilatlara ödəniləcək
kompensasiyanın müəyyən
edilməsi məqsədi
ilə alınan torpağın və həmin torpaqda yerləşən tikililərin
(inşası başa
çatdırılmamış tikililər də daxil olmaqla), məhsulun, bitkilərin, bütün digər təbii əşyaların
və tikilmiş əmlakın qiymətləndirilməsində
qiymətləndirmə komissiyasına
kömək etmək öhdəliyini daşıyır;
249.1.6. alan orqan
alınmanın təsirinə
məruz qalan şəxslərə və
torpağın alınması
nəticəsində zərər
çəkəcək digər
şəxslərə və
təşkilatlara kompensasiya
ödəmək öhdəliyini
daşıyır;
249.1.7. alan orqan
kompensasiyanın ödənilməsi
məqsədi ilə aidiyyəti dövlət orqanlarından vəsait almaq üçün zəruri sənədləri
hazırlamaq öhdəliyini
daşıyır.
249.2. Torpağın alınması
barədə qərarın
qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan
torpaq olan şəxslərin sahiblik
və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları
kompensasiya almaq hüququna çevrilir. "Torpaqların dövlət ehtiyacları
üçün alınması
haqqında" Azərbaycan
Respublikasının Qanununa
əsasən dövlətin
hüquqları alınmamış
hər hansı torpağın alınmasından
imtina etdiyi hallar və torpağın alınmasından
imtina hesab edilən hallar istisna olmaqla, bu hüquq qanunla
müəyyən olunmuş
qaydada digər şəxslərə keçə
bilər.
249.3. Müvafiq icra hakimiyyəti orqanı torpağın alınması
barədə qərarın
qəbul edildiyi tarixdən sonra alınan torpaqda başlanılmış tikintinin
(inşaat işlərinin)
dayandırılması və
(və ya) tikilinin sökülməsi
məqsədi ilə qanunvericilikdə nəzərdə
tutulmuş qaydada zəruri tədbirləri həyata keçirə bilər.
249.4. Alan
orqan torpağın alınması haqqında qərarın və həmin qərarın hüquqi qüvvəsinə
dair arayışın
surətini alınmanın
təsirinə məruz
qalan şəxslərin
diqqətinə çatdırmaq
vəzifəsini daşıyır.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel
2012-ci il
Azərbaycan.- 2012.- 7 iyun.- S. 2.