Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-IIIQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹8, I kitab, maddə 584; 2001, ¹ 1, maddə 24, ¹3, maddə 139, ¹7, maddə 455, ¹11, maddələr 680, 698, ¹12, maddə 731; 2002, ¹1, maddə 9, ¹4, I kitab, maddə 165, ¹5, maddələr 234, 237, 239, ¹6, maddə 326, maddə ¹8, maddə 463, ¹12, maddə 692; 2003, ¹1, maddələr 3, 13, 23, ¹4, maddələr 177, 178, ¹5, maddə 228, ¹6, maddələr 257, 276, 279, ¹8, maddələr 407, 425, ¹12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, ¹1, maddələr 6, 7, 10, 13, ¹4, maddələr 200, 201, 204, ¹5, maddələr 313, 314, 317, 321, ¹6, maddə 397, ¹8, maddələr 596, 597, ¹10, maddələr 762, 779, ¹11, maddə 900, ¹12, maddə 973; 2005, ¹1, maddələr 5, 6, ¹2, maddə 61, ¹4, maddələr 272, 273, 275, 278, ¹6, maddələr 462, 466, ¹7, maddə 576, ¹8, maddələr 691, 692, ¹10, maddələr 875, 877, 904, ¹11, maddələr 993, 994, 995, ¹12, maddələr 1083, 1085; 2006, ¹2, maddələr 64, 68, ¹3, maddələr 219, 220, 223, 225, ¹5, maddə 385, ¹6, maddə 478, ¹11, maddələr 923, 924, 932, ¹12, maddələr 1005, 1020, 1024; 2007, ¹1, maddələr 3, 4, ¹2, maddələr 65, 68, ¹5, maddələr 397, 398, 401, 440, ¹6, maddələr 560, 561, 562, 579, ¹8, maddə 757, ¹10, maddələr 935, 936, 938, 940, ¹11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, ¹12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, ¹2, maddə 47, ¹3, maddələr 146, 152, 159, ¹4, maddə 249, ¹5, maddə 340, ¹6, maddələr 454, 460, 461, 464, ¹7, maddələr 601, 602, 605, ¹8, maddələr 699, 701, 711, ¹10, maddələr 884, 885, ¹11, maddələr 956, 957, ¹12, maddələr 1045, 1047, 1049; 2009, ¹2, maddələr 36, 45, 49, 52, 53, ¹5, maddələr 309, 315, ¹6, maddələr 404, 405, ¹7, maddələr 517, 518, 519, ¹8, maddə 611, ¹12, maddələr 953, 954, 966, 971; 2010, ¹2, maddələr 70, 71, ¹3, maddələr 167, 171, 178, ¹4, maddələr 275, 276, ¹5, maddələr 379, 380, ¹6, maddə 483, ¹7, maddələr 577, 591, 594, 595, 598, 600, ¹10, maddə 838, ¹11, maddələr 936, 938, 949, ¹12, maddə 1059; 2011, ¹2, maddələr 70, 71, ¹3, maddələr 162, 164, 167, 168, 170, ¹4, maddələr 246, 254, ¹6, maddələr 470, 479, 487, ¹7, maddələr 596, 614, ¹10, maddə 881, ¹11, maddə 981, ¹12 maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, ¹1, maddə 3, ¹2, maddə 50; Azərbaycan Respublikasının 2012-ci il 14 fevral tarixli 298-IVQD və 300-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. aşağıdakı məzmunda 326-6-cı maddə əlavə edilsin:
"Maddə
326-6. Torpaqların dövlət ehtiyacları üçün
alınması səlahiyyəti verilmiş hər hansı
şəxsin səlahiyyətlərinin həyata keçirilməsinə
mane olma
"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq alınan torpağa daxil olmaq və ya onun üzərində sahibliyin əldə olunması ilə bağlı digər hərəkətləri həyata keçirmək səlahiyyəti verilmiş hər hansı şəxsin səlahiyyətlərinin həyata keçirilməsinə mane olmağa görə - fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər iki yüz manat miqdarında cərimə edilir.";
2. 360.1-ci maddədə "326-5," rəqəmlərindən sonra "326-6," rəqəmləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
20 aprel 2012-ci il
Azərbaycan.- 2012.- 7 iyun.- S. 2.