Macarıstan Azərbaycan ilə əlaqələrin inkişafında daha da maraqlıdır

 

 "Bakıda olmağımdan çox şadam. Səfərimin məqsədi parlamentlərarası əlaqələri gücləndirməkdir. Son illərdə hökumətlərarası səviyyədə bir çox tədbirlər keçirilmişdir. Azərbaycan ilə Macarıstanın ortaq tarixi vardır".

Bu sözləri ölkəmizdə səfərdə olan Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Cöncösi AzərTAc-a müsahibəsində demişdir. Qonaq bildirmişdir ki, Macarıstan Azərbaycan ilə siyasi, iqtisadi, enerji və ticarət sahələrində əlaqələrin inkişafında maraqlıdır. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir və ölkəniz Şərq tərəfdaşlığında strateji rola malikdir. Bu səfərimiz iki ölkə arasında əlaqələrin inkişafına töhfəsini verəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 7 iyun.- S. 3.