Avropa şirkətləri
Azərbaycan ilə əməkdaşlığa
üstünlük verirlər
Yunanıstanın DEPA şirkətinin beynəlxalq layihələr bölməsinin rəhbəri Konstantinos Karagiannakos XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası konfransındakı çıxışında bildirmişdir ki, Avropanın 100 milyard kubmetr qaza ehtiyacı vardır. 2020-ci ildə bu ehtiyac ikiqat artacaqdır.
Avropa iqtisadi və maliyyə böhranına baxmayaraq, bu ehtiyacını ödəməlidir. Buna görə də Avropa şirkətləri Azərbaycan ilə yaxından əməkdaşlıq etməlidirlər. Çünki Azərbaycanın böyük qaz potensialı vardır. İtaliya, Yunanıstan və Macarıstanın digər Avropa ölkələrinə nisbətən qaza olan ehtiyacları daha da artacaqdır. Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarının zəngin qaz potensialı bu ehtiyacların ödənilməsi üçün ən etibarlı mənbədir.
AzərTAc
Azərbaycan.- 2012.- 7 iyun.- S. 4.