Avropa İttifaqı Azərbaycanı regionda ən başlıca tərəfdaşı
hesab edir
Avropa İttifaqı Azərbaycanı regionda ən başlıca tərəfdaşı hesab edir. AzərTAc xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Bakıda keçirilən XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransdakı çıxışında Aİ-nin enerji məsələləri üzrə komissarı Günter Ottingerin adından bildirmişdir.
Müstəqilliyini yenidən bərpa etdiyi ilk illərində Azərbaycan iqtisadiyyatının böyük inkişaf yolu keçdiyini vurğulayan səfir ölkəmizin indi qabaqcıl neft-qaz təchizatçısı olduğunu demişdir: "Neft-qaz sənayesindəki nailiyyətlər göz qabağındadır - şəffaf müqavilə şərtləri, uzunmüddətli əməkdaşlıq imkanları, xarici şirkətlər üçün yaradılan şərait və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dünya səviyyəli fəaliyyəti".
Avropanın enerji təhlükəsizliyində
Azərbaycanın roluna toxunan
R.Kobia vurğulamışdır ki, Avropa Azərbaycanı regionda ən başlıca tərəfdaşı
hesab edir. Müvafiq konseptual məsələlər
həllini tapsa, Trans-Anadolu
qaz boru kəməri də
Avropanın qaz ilə sabit
təminatı üçün tələblərə
cavab verəcəkdir. Hazırda Aİ
Türkmənistan ilə Azərbaycan arasında
danışıqlar aparır və nəql imkanlarını
genişləndirməyə çalışır.
Azərbaycan.- 2012.- 7 iyun.- S. 4.