Azərbaycan və
Türkiyə arasında hərbi əməkdaşlıq məsələlərinin
daha da inkişaf
etdirilməsi ilə bağlı ətraflı fikir
mübadiləsi aparılmışdır
Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları Komandanı, ordu generalı Hayri Kıvrıkoğlu iyunun 6-da Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür.
Türkiyəli qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilmişdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlıq məsələlərinin daha da inkişaf etdirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır. Hərbi təhsil sistemində əlaqələrin yeni mərhələyə çatdırılması məsələsi də görüşün əsas mövzularından biri olmuşdur.
Söhbət zamanı regionda hərbi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərdən geniş bəhs olunmuşdur.
Görüşdə Türkiyənin Azərbaycandakı
səfiri Hulusi Kılıç iştirak etmişdir.
Azərbaycan.- 2012.- 7 iyun.- S. 6.