Türkiyə XİN: Azərbaycan - Ermənistan sərhədindəki son gərginlik Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının yaradacağı ciddi nəticələri bir daha meydana çıxarmışdır

 

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş torpaqlarındakı qoşunların təmas xəttində atəşkəsin pozulması ilə bağlı bəyanat yaymışdır.

Bəyanatda deyilir ki, Türkiyə insan tələfatı ilə nəticələnmiş bu hadisələri təşviş və üzüntü hissi ilə izləyir. Qoşunların təmas xəttindəki son gərginlik Dağlıq Qarabağ probleminin həll olunmamasının yaradacağı ciddi nəticələri bir daha meydana çıxarmışdır. Bölgədə həssas və kövrək balans zəminində olan hazırkı vəziyyətin heç bir tərəfin mənafeyinə uyğun olmadığı, sadəcə, yaraların dərinləşməsinə səbəb olduğu vurğulanan bəyanatda deyilir ki, Ankara Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş addımlar atmaqla bağlı müraciətini bir daha bəyan edir. Türkiyə bu çərçivədə bölgədə tam normallaşma səylərini qətiyyətlə davam etdirəcəkdir.

 

 

Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 7 iyun.- S. 6.