ABŞ mütəxəssisləri Dağlıq Qarabağ üzrə sülh danışıqlarında dəyişikliyə ehtiyac olduğunu hesab edirlər

 

 Vaşinqtonda yerləşən nüfuzlu Vudru Vilson adına Beynəlxalq Mərkəzin Kennan İnstitutu iyunun 5-də "Dağlıq Qarabağ: Dondurulmuş münaqişə qaynara çevriləcəkmi?" mövzusunda müzakirələr keçirmişdir.

Mövzu ilə bağlı çıxış edənlər arasında bölgə üzrə tanınmış ABŞ mütəxəssisləri, o cümlədən Beynəlxalq Sülh üzrə Karneqi Fondunda RusiyaAvrasiya proqramının baş tədqiqatçısı, Qarabağ münaqişəsi ilə bağlı yazdığı "Black Garden" kitabının müəllifi Tomas De Vaal, Corctaun Universitetinin professoru Çarlz Kinq, Amerika Xarici Siyasət Şurasının AvropaAvrasiya üzrə baş tədqiqatçısı Ueyn MerriBrukinqs İnstitutunda ABŞ və Avropa Mərkəzinin direktoru Fiona Hill vurğulamışdılar ki, Avrasiya bölgəsinin ən uzunmüddətli münaqişəsi olan Dağlıq Qarabağ üzrə sülh danışıqlarında heç bir irəliləyişin olmamasını nəzərə alaraq, mövcud boşluğun təmas xəttindən gələn son həyəcanlı xəbərlərlə dolacağını ehtimal etmək olar. Ermənistan-Azərbaycan sərhədi Avrasiyanın ən hərbiləşmiş xətti olsa da, beynəlxalq icma buraya lazımi diqqət yetirmir. Natiqlər münaqişə üzrə sülh danışıqlarında hazırkı vəziyyəti qiymətləndirərək Minsk qrupu çərçivəsində aparılan danışıqların nəticə verəcəyinə inamsızlıqlarını ifadə etmişdilər.

Tomas De Vaal diqqətə çatdırmışdır ki, münaqişədəki məsələlər təkcə ərazi bütövlüyüya öz müqəddəratını həll etmə ilə məhdudlaşmır, Dağlıq Qarabağ hər iki tərəf üçün milli mənlik və təhlükəsizlik baxımından da əhəmiyyət kəsb edir. Onun fikrincə, beynəlxalq icma xüsusilə təhlükəsizlik amilinin təmin olunması üzrə daha intensiv şəkildə aparmalıdır. Bununla xarici qüvvələr münaqişə tərəflərinə həll yolunun tapılmasında nə qədər ciddi olduqlarını nümayiş etdirər və Ermənistan ilə Azərbaycanı qarşılıqlı güzəştlərə həvəsləndirərlər. Hazırda danışıqlar masasında olan "Əsas Prinsiplər" sənədini "yaxşı plan" adlandıran De Vaalın firkincə, onun imzalanması üçün siyasi iradə mövcud deyildir. Corctaun Universitetinin professoru Çarlz Kinq isə son prosesləri nəzərə alaraq bildirmişdir ki, hazırda münaqişə üzrə müzakirələr həll yolunun tapılmasından daha çox, yeni müharibənin qarşısının alınması üzərində qurulur. Hərbi əməliyyatlar başlayacağı təqdirdə, ilk mərhələdən fərqli olaraq müharibəni yalnız Dağlıq Qarabağ və ətrafdakı Azərbaycan bölgələrində məhdudlaşdırmaq mümkün olmayacaq - yeni müharibə daha geniş ərazini əhatə edəcəkdir. Eyni narahatçılığı bölüşən Ueyn Merri bildirmişdir ki, bölgəyə bu yaxınlardakı səfərindən sonra gəldiyi qənaət budur ki, yeni müharibə ehtimalı realdır və gündən-günə artmaqdadır. 1990-cı illərin əvvəlinə nisbətən budəfəki müharibə, xüsusilə Azərbaycanın artan hərbi qüdrətini nəzərə alaraq, daha intensivölümcül olaaz bir zamanda nəzarətdən çıxa bilər. Cənab Merri Türkiyənin beynəlxalq səhnədə və bölgədə möhkəmlənən mövqeyini nəzərə alaraq Ankaranı Dağlıq Qarabağ üzrə danışıqlar prosesinə daha geniş şəkildə cəlb etməyi təklif etmişdir. Ekspert etiraf etmişdir ki, Ermənistan meyilli mövqe nümayiş etdirən Minsk qrupunun həmsədrləri ilə yanaşı, Azərbaycanı dəstəkləyən Türkiyənin rolu mövcud səmərəsiz tarazlığı dəyişə bilər. Fiona Hill 1990-cı illərlə müqayisədə Azərbaycanın və Ermənistanın beynəlxalq icmanın daha fəal üzvləri olduğunu diqqətə çatdırmış, xüsusilə də Azərbaycanın BMT Təhlükəsizlik Şurasında üzvlüyünü nəzərə alaraq tərəflərin beynəlxalq sülhün bərqərar olması üzrə daha çox məsuliyyət paylaşdığını bildirmişdir. Xanım Hill xatırlatmışdır ki, bu gün sülhpərvər və sabit hesab olunan Avropa bölgəsi əsrlər boyu qanlı münaqişələrdən keçərək, xalqlar biri-biri ilə sülh şəraitində yaşamağı öyrənmişdir. Onun sözlərinə görə, BMT TŞ üzvü olaraq beynəlxalq aləmdəki münaqişələrlə daha yaxından tanış olan Azərbaycan hərbi həll yolunun hansı nəticələrə gətirib çıxardığını yaxşı başa düşür.

 

 

Şəfəq AKİFQIZI

 

Azərbaycan.- 2012.- 7 iyun.- S. 6.