IDEA Kampaniyası Arzuladığın gələcək adlı ekoloji müsabiqəni başa çatdırmışdır

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2011-ci il iyulun 11-də başlanmış IDEA (İnternational Dialogue for Environmental Action) Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq Kampaniyası Azərbaycanın ali təhsil müəssisələrində ekologiya və dayanıqlı inkişaf mövzuları üzrə mühazirələrin təşkilini nəzərdə tutan "IDEA mühazirələri" adlı layihəsi çərçivəsində 5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündə "Arzuladığın gələcək" adlı ekoloji multimedia müsabiqəsinin son mərhələsini keçirmişdir.  IDEA Kampaniyasından AzərTAc-a bildirmişlər ki, "Arzuladığın gələcək" adlı ekoloji multimedia müsabiqəsinə may ayında başlanılmışdır. Müsabiqə IDEA Kampaniyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil edilmişdir.

Qeyd etmək yerinə düşər ki, "IDEA mühazirələri" layihəsi çərcivəsində bu ilin aprelinda ABŞ-ın Miçiqan Universitetinin professoru Rendal Beyker, mayın 2-də Azərbaycan Dillər Universitetində biologiya elmləri doktoru Mehman Axundov, həmin ayın 3-də Azərbaycan Dövlət İqtisad Universitetində ekologiya elmləri üzrə fəlsəfə doktoru Firuzə Sultanzadə, mayın 4-də isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kimya elmləri namizədi Ülviyyə Həsənova adıçəkilən təhsil müəssisələrinin tələbələri üçün ekoloji və davamlı inkişafa aid elmi mövzularda mühazirələr oxumuşlar.

Müsabiqənin yekun mərhələsi tələbələrin təqdimatları ilə başlamış və sonda münsiflər heyəti tərəfindən ən yaxşı 3 layihə seçilmişdir.

Qaliblər IDEA Kampaniyası tərəfindən hədiyyə və sertifikatlarla təltif olunmuşlar.

Tədbirin sonunda IDEA Kampaniyasının Dövlət İdarəçilik Akademiyasında yeni istifadəyə verilmiş Resurs Mərkəzində tələbələr üçün şəbəkələşmə saatı keçirilmişdir. Tələbələr Resurs Mərkəzinin fəaliyyəti ilə tanış olmuşyeni əlaqələr quraraq təşəbbüslərlə çıxış etmişlər.

 

 

Azərbaycan.- 2012.- 7 iyun.- S. 7.