Almaniyanın Agenda Media nəşri: Azərbaycan ölkənin inkişafında insan kapitalına arxalanır

 

Azərbaycan insan kapitalının inkişafını, insanların təfəkkürünün tədricən dəyişməsini, habelə cəmiyyətdə ümumavropa dəyərlərinin bərqərar olmasını ölkənin firavanlığının əsas elementi hesab edir. AzərTAc xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu fikri Almaniyanın "Agenda Media" nəşrinə verdiyi müsahibədə söyləmişdir.

Nazir vurğulamışdır ki, Azərbaycan rəhbərliyi ölkənin inkişafında iqtisadi artım, müxtəlif sahələrdə islahatların dərinləşməsi kimi amillərə arxalanır, lakin əsas etibarilə Azərbaycan vətəndaşlarının gənc nəslinə güvənir. Müstəqilliyin 20 ili ərzində  Azərbaycan sovet imperiyasının ucqar kommunist ölkəsindən inamla inkişaf edən demokratik dövlətə çevrilmişdir. İnsanların təfəkküründə dəyişiklik uğrunda mübarizə bu məsələdə böyük rol oynamışdır.

"Bu, bizim mübarizəmizin əsasıdır. Fikrimcə, ölkənin gələcək inkişafı, çox cəhətdən, Azərbaycanın gənc nəslinə xas olan fikir və baxışların müxtəlifliyindən asılıdır", - deyən E.Məmmədyarov daha sonra əlavə etmişdir ki, Azərbaycan gənclərinin xaricdə təhsil alması da bu məsələdə sonuncu amil deyildir.

Nazir demişdir: "İnsan kapitalının inkişafı baxımından sərmayə qoyulması üçün ən yaxşı sahə təhsildir. Bunun üçün bizim hazırladığımız dövlət proqramına əsasən ən istedadlı tələbələr xaricdə təhsil ala biləcək, sonra isə vətənə qayıdaraq onun inkişafına öz töhfəsini verəcəklər".

E.Məmmədyarov vurğulamışdır ki, ölkə rəhbərliyinin qəti inamına görə, gənclərin AvropadaABŞ-da təhsil alması onların vahid Avropa dəyərlərinə inamını möhkəmlədəcəkdir. O demişdir: "Biz belə hesab edirik ki, bu, ölkənin inkişafının ən yaxşı üsulu olmaqla bərabər, həm də bütün Avropa məkanında mövcud olan vahid Avropa dəyərlərini Azərbaycan cəmiyyətində bərqərar etmək üçün yaxşı imkandır".

Nazir qeyd etmişdir ki, ölkənin xarici siyasət xəttinin əsas istiqamətlərindən biri AvropaAvratlantika strukturlarına inteqrasiyanın davam etdirilməsidir. E.Məmmədyarov demişdir: "Lakin biz o qədər sadəlövh deyilik ki, inteqrasiya dedikdə bu strukturların üzvü olmağı nəzərdə tutaq. Biz öz siyasətimizi NATO-yaya Avropa İttifaqına daxil olub-olmamaq prinsipləri əsasında qurmuruq".

Nazir vurğulamışdır ki, Azərbaycanın NATO ilə əməkdaşlığı Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı (İPAP) çərçivəsində inkişaf edir. O, həmin planı hərbi sahədə islahatların davam etdirilməsi və dərinləşdirilməsi üçün səmərəli mexanizm adlandırmışdır.

"Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün nəzərdə tutulan "Şərq tərəfdaşlığı" proqramı həm də Azərbaycanın Aİ üzvü olan ölkələrlə, Avropa Komissiyası və Avropa Parlamenti ilə əməkdaşlıq və tərəfdaşlığını möhkəmlətmək üçün yaxşı platformadır", - deyən nazir daha sonra əlavə etmişdir ki, Azərbaycanın bu proqram çərçivəsində son uğurları Aİ ilə əməkdaşlığın inkişafını çox səmərəli bir hadisə kimi qiymətləndirməyə əsas verir. Üstəlik, Aİ ilə əməkdaşlığın inkişafı müstəqilliyin möhkəmləndirilməsi üçün daha bir dayaq nöqtəsi kimi qiymətləndirilir.

Nazir Azərbaycanın energetika sənayesinin inkişafından əldə edilən gəlirlər mövzusuna da toxunaraq demişdir ki, həmin gəlirlər müxtəlif sahələrin inkişafına yönəldilir.

E.Məmmədyarov demişdir: "Biz öz enerji ehtiyatlarımızı millətin və ölkənin inkişafı üçün, müstəqillik və suverenliyin möhkəmləndirilməsi üçün, habelə insan kapitalının inkişafı üçün möhkəm təməl hesab edirik. Ölkədə daxili inkişafa sərmayə qoyulması üzrə xüsusi dövlət proqramları həyata keçirilir. Dövlət kənd regionlarının inkişafı üçün xüsusi proqram hazırlamışdır. Bu proqram Abşeron yarımadasında müşahidə olunan inkişaf tempi ilə uzlaşdırılacaqdır.

Biz çalışırıq ki, Azərbaycanın hər bir vətəndaşı ölkənin enerji ehtiyatlarının işlənməsindən və ixracından yaranan pozitiv effekti öz üzərində hiss etsin".

Din amilinin inkişaf üçün təhlükəli olub-olmaması barədə sualın cavabında nazir qeyd etmişdir ki, o, həmin amili ölkənin sabitliyi üçün böyük təhdid mənbəyi hesab etmir, çünki Azərbaycan dünyəvi müsəlman dövlətidir, bu cəmiyyətdə dünyəvi həyat tərzi kök salmışdır. Nazir vurğulamışdır: "Digər tərəfdən, ənənələr və mədəni irs baxımından din çox mühümçox incə elementdir. Ona ehtiyatla yanaşmaq lazımdır".

Nazir sonda demişdir: "Təhlükəsizliyin əsas elementləri ilə yanaşı, cəmiyyətin təhsil və şüur səviyyəsinin yüksək olmasını təmin etmək lazımdır. Belə cəmiyyətdə qanunademokratiya prinsiplərinə hörmət edilməlidir".

 

 

Azərbaycan.- 2012.- 1 iyun.- S. 4.