Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

 Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12, I kitab, maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4,

№ 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053,

№ 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115) aşağıdakı dəyişikliklər edilsin:

1. 16.1.8.17-ci maddədə "vəkillik" sözündən sonra ", notariat" sözü əlavə edilsin;

2. 33.1-ci maddənin birinci hissəsində "yaşadıqları" sözündən sonra ", xüsusi notariuslar isə fəaliyyət göstərdiyi" sözləri əlavə edilsin;

3. 96.1-ci maddəyə aşağıdakı məzmunda ikinci bənd əlavə edilsin:

"Xüsusi notarius tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir.";

4. 99.3.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 99.3.10-cu maddə əlavə edilsin:

"99.3.10. xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar.";

5. aşağıdakı məzmunda 101.4-cü maddə əlavə edilsin:

"101.4.Xüsusi notarius üçün bu məcəllənin 96.1-ci maddəsinin ikinci bəndi ilə müəyyən edilmiş vergitutma obyektindən 10 faiz dərəcə ilə vergi tutulur.";

6. 149.1.4-cü maddədə "ödəmə" sözündən əvvəl "xüsusi notariuslar," sözləri əlavə edilsin;

7. 149.2-ci maddədə "şəxslər" sözündən sonra "(xüsusi notariuslar istisna olmaqla)" sözləri və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:    

"Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər."; 

8. 149.6-cı maddənin ikinci cümləsində "maddəsində" sözü "maddəsinin birinci cümləsində" sözləri ilə əvəz edilsin;

9. 150.1.2-ci maddədə "sahibkarlar" sözündən sonra "və xüsusi notariuslar" sözləri əlavə edilsin;

10. 150.3-cü maddədə "və fərdi sahibkarlar" sözləri ", fərdi sahibkarlarxüsusi notariuslar" sözləri ilə əvəz edilsin;

11. 151.1-ci maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

"Xüsusi notariuslar bu məcəllənin 101.4-cü maddəsi ilə müəyyən edilmiş dərəcə ilə hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.";

12. 164.1.6-cı maddədə "yığımlar" sözündən sonra ", xüsusi notariusların aldığı haqlar (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə)" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 8 iyun.- S. 1.