Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

 Zati-aliləri!

 

Milli bayram - Respublika Günü münasibətilə zati-alinizə İraq xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və müvəffəqiyyət, dost Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayıram. Əminəm ki, Azərbaycan və İraq xalqlarının mənafeyi naminə ölkələrimiz arasında bütün sahələrdə dostluq və əməkdaşlıq möhkəmlənəcək və genişlənəcəkdir.

 

Dərin hörmət və ehtiramla qardaşınız,

 

Cəlal TƏLƏBANİ,

İraq Respublikasının Prezidenti

 

 

Azərbaycan.- 2012.- 8 iyun.- S. 1.