Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 130 Bakı
şəhəri, 6 iyun 2012-ci il
“Daşınmaz əmlaka mülkiyyət
və digər əşya hüquqlarının dövlət
qeydiyyatına alınması ilə bağlı sənədlərin
verilməsinə görə ödənilən dövlət
rüsumundan qeydiyyat orqanı işçilərinin sosial
müdafiəsini gücləndirmək və maddi təminatı
yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat
orqanının xüsusi hesabına köçürülən
30 faizlik vəsaitdən istifadə haqqında hesabatın dərc
edilməsi barədə forma”nın təsdiq edilməsi
haqqında
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 204-IVQD nömrəli Qanununun tətbiqi haqqında və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli 526 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumundan qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülən 30 faizlik vəsaitdən istifadə haqqında hesabatın dərc edilməsi barədə forma" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın:
2.1. qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülən vəsaitin müəyyən olunmuş qaydada səmərəli istifadə olunması istiqamətində mütəmadi olaraq zəruri tədbirlərin görülməsini təmin etsin;
2.2. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumundan qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülən 30 faizlik vəsaitdən istifadə haqqında hesabatın hər rübün və ilin sonunda Komitənin internet informasiya ehtiyatında və rəsmi dövri mətbu nəşrdə dərc olunmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumundan 30 faizlik vəsaitin işçilərin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülməsini təmin etsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.- 2012.- 8 iyun.- S. 2.