Fransanın Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş insidentlərlə əlaqədar bəyanat yaymışdır

 

 ATƏT-in Minsk qrupunun həmsədri olaraq Fransa son günlər Ermənistan və Azərbaycan sərhədində səkkiz nəfərin ölümü ilə nəticələnən zorakı insidentlərin baş verməsindən dərin narahatlığını bildirir.

AzərTAc xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir.

Bəyanatda vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli güc tətbiq olunmaqla mümkün deyildir. Tərəflər BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktının güc tətbiq olunmaması, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanaraq münaqişənin dinc yolla nizamlanması prosesinə sadiq olmalıdırlar.

Bundan əlavə, bəyanatda bildirilir ki, Fransa iyun ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair Parisdə keçiriləcək danışıqların aparılmasına hazırlıq görür.

 

 

Azərbaycan.- 2012.- 8 iyun.- S. 4.