Delort Quentin: Azərbaycana gəlib hər şeyi əyani surətdə görmək lazımdır

 

 Azərbaycana gəlib hər şeyi yaxından görmək lazımdır. Bakı çox gözəl şəhərdir.

Bu sözləri "Eurovision-2012" mahnı müsabiqəsindən sonra AzərTAc-a müsahibəsində fransalı jurnalist Delort Quentin demişdir. O, İçərişəhərdə, Qız qalasında, Bakı Funikulyorunda olduğunu qeyd edərək Xəzər dənizi sahillərindən zövq aldığını diqqətə çatdırmışdır.

Delort Quentin Bakının qədim və müasir memarlıq nümunələrinin çox gözəl olduğunu söyləmişdir. Demişdir ki, bu şəhərdə hər şey təmiz və səliqəlidir. Azərbaycan mətbəxinin yeməkləri isə çox dadlıdır. Sakinlər Avropadan gələn qonaqları mehribanlıq və qonaqpərvərliklə qarşılayırlar.

Delort Quentinin fikrincə, "Eurovision-2012" mahnı müsabiqəsi həqiqətən də əvvəlkilərdən yaxşı mənada fərqlənmişdir. Bakı şousu uğurla başa çatmışdır. Mətbuat Mərkəzində jurnalistlərin işləməsi və istirahəti üçün hər cür şərait yaradılmışdır.

 

 

Azərbaycan.- 2012.- 1 iyun.- S. 4.