Rusiya XİN-i ATƏT-in Minsk qrupunun fəaliyyətinin qeyri-səmərəliliyi barədə iddiaları təkzib etmişdir

 

 Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bəzi KİV-lərin ATƏT-in Minsk qrupunun fəaliyyətinin qeyri-səmərəliliyi barədə iddialarını təkzib etmişdir.

O, iyunun 7-də Moskvada keçirilən brifinqdə çıxış edərək bildirmişdir ki, ATƏT-in Minsk qrupu formatı razılaşdırılmış şəkildə fəaliyyət göstərir. Rusiya XİN-in nümayəndəsi vurğulamışdır ki, bu yaxınlarda ABŞ-ın dövlət katibi Hillari Klinton həmin mövzuya toxunaraq bildirmişdir ki, bu format şübhə doğurmur və Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların baza elementi olaraq qalır.

 

 

Asya HACIZADƏ

 

Azərbaycan.- 2012.- 8 iyun.- S. 4.