ABŞ-ın “Haffinqton Post” qəzetinin ispandilli
buraxılışında Azərbaycan haqqında məqalə
dərc edilmişdir
ABŞ-ın nüfuzlu "Haffinqton Post" qəzetinin ispandilli buraxılışında Konqresin Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupun həmtəsisçisi, Texas ştatından sabiq konqresmen Solomon Ortizin Azərbaycan haqqında məqaləsi dərc edilmişdir.
S.Ortiz Azərbaycanın ABŞ ilə qlobal təhlükəsizlik sahəsində əməkdaşlığının yüksək qiymətləndirildiyini bildirir, bunun Amerika maraqlarına xidmət etdiyini vurğulayır.
Azərbaycanın dünyəvi dövlət olduğu qeyd edilən məqalədə ölkənin qonşularından təzyiqlərə baxmayaraq, ABŞ və İsrail ilə dostluq münasibətlərinə sadiq qaldığı diqqətə çatdırılır.
Sabiq konqresmen məqalədə Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistanın işğalı altında olduğunu da xatırladır.Yazıda həmçinin qeyd olunur ki, "Wikileaks"ın açıqlamalarına görə, Ermənistanın İrana ötürdüyü silahlar 2007-ci ildə İraqda amerikalı əsgərlərə qarşı istifadə edilmişdir.
Şəfəq AKİFQIZI
Azərbaycan.- 2012.- 8 iyun.- S. 5.