Videokonfrans sistemi vasitəsilə distant formada kollegiya iclası keçirildi

 

 Dünən Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyində aktiv sosial müdafiə proqramlarının icra vəziyyəti inkişaf perspektivlərinin, əhaliyə xidmətin yüksəldilməsi, o cümlədən elektron xidmətlərin tətbiqi vətəndaş müraciətlərinin araşdırılması istiqamətində görülən işlərin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazir Fizuli Ələkbərovun sədrliyi ilə keçən iclasda videokonfrans sistemi vasitəsilə distant formada nazirliyin yerli strukturlarının məsul şəxsləri iştirak edib.

İclasda ünvanlı sosial yardımların ödənişi sisteminin daha da təkmilləşdirilməsi mərkəzləşdirilmiş qaydada aparılması məqsədilə yeni icra mexanizmlərinin tətbiqi, bununla bağlı seçilmiş 18 pilot rayonda görülən işlər, habelə aktiv sosial müdafiə tədbiri olan "Özünədəstək"-birdəfəlik ünvanlı dövlət sosial yardımı proqramının icrası işlərinin rayonlar üzrə əhatə dairəsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Yeni sosial xidmət modellərinin tətbiqi bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi, tibbi-sosial ekspertiza reabilitasiya xidmətinin təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqi istiqamətində aparılan işlər təhlil edilib. İclasda vətəndaşlar tərəfindən nazirliyin ünvanına daxil olmuş ərizə şikayətlərin araşdırılması, həmçinin bölgələrdə vətəndaşların müraciətlərinə özlərinin iştirakı ilə obyektiv ədalətli baxılması işlərinin nəticələri təhlil olunmaqla, vətəndaş narazılığına səbəb olan nöqsanlara yol vermiş əməkdaşlar barəsində görülmüş tədbirlər barədə məlumat verilib. Nazir Fizuli Ələkbərov müzakirə olunan məsələlərlə bağlı aidiyyəti strukturların rəhbər şəxslərinə müvafiq tapşırıqlar verib.

Sonda kollegiya iclasının qərar layihəsi oxunaraq qəbul edilib. Qərara əsasən, vətəndaşlara xidmət sahəsində yol verdikləri nöqsanlara görə Ağcabədi, Astara, Lənkəran Şəmkir rayonlarında nazirliyin yerli strukturlarının direktorlarına intizam tənbehinin tətbiq edilməsi barədə həmin rayonların icra hakimiyyətlərinə təqdimatlar verilib. Həmçinin Ağcabədi, Astara, Gədəbəy, Şəmkir, Quba, Lənkəran rayon ƏSMM-lərinin ünvanlı sosial yardım sosial müavinətlər sektorlarının baş məsləhətçiləri olan ümumilikdə 6 nəfər əməkdaş tutduqları vəzifədən azad ediliblər.

Quba Lənkəran rayon ƏSMM-lərinin ünvanlı sosial yardım sosial müavinətlər sektorunun baş məsləhətçiləri olan 2 nəfər əməkdaşa töhmət verilməklə, Gədəbəy Şəmkir rayon ƏSMM-lərinin ünvanlı sosial yardım sosial müavinətlər sektorunun baş məsləhətçiləri olan 2 nəfər əməkdaşın ixtisas dərəcəsi bir pillə aşağı salınıb. Ağcabədi rayon ƏSMM-nin ünvanlı sosial yardım sosial müavinətlər sektorunun baş məsləhətçiləri olan 2 nəfər əməkdaşın vəzifə maaşları bir il müddətinə 20 faiz azaldılıb. Yevlax rayon ƏSMM-nin direktor vəzifəsinin əmək funksiyalarını icra edən şəxsin stasionar müalicədə olduğu nəzərə alınaraq onun vəzifə məsuliyyətinə işə başladıqdan sonra baxılacağı qərara alınıb. Qərara əsasən, fəaliyyətində buraxdığı ciddi nöqsanlara görə Naftalan Şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkiminə sonuncu xəbərdarlıq elan edilməklə şiddətli töhmət verilib.

Onu da qeyd edək ki, 2010-cu ildə nazirlikdə yaradılan VC (videokonfrans) sistemi vasitəsilə ayrı-ayrı bölgələrdə yaşayan vətəndaşların distant qəbulları təşkil edilir. Artıq Naxçıvan, Gəncə, Göyçay, Lənkəran, Şəki, Abşeron rayonlarındakı ƏSMM-lərində mövcud olan həmin rayonlarla videoəlaqə yaratmaq imkanı verən bu sistemin cari ildə 30-dan çox rayonda quraşdırılması nəzərdə tutulur.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2012.- 1 iyun.- S. 4.