Sumqayıt Texnoparkı - qeyri-neft sektorunun flaqmanı

 

 Burada mürəkkəb elektron cihazlar istehsal edilir

 

Bu il texnoparkların yaradılması istiqamətində çoxtəsirli ciddi addımlar atılmalıdır. Bütün müvafiq göstərişlər verildi, sərəncamlar imzalandı, torpaq sahələri ayrıldı. Artıq təcrübə vardır, Sumqayıt Texnoparkı çox gözəl təcrübədir. İndi Gəncədə, Balaxanıda Sumqayıtda buna oxşar yeni texnoparkların salınması prosesi gedir.

 

İlham ƏLİYEV

 

 

Sumqayıt Texnologiyalar Parkında fəaliyyət göstərən 25 müəssisədən biri Elektron Cihazlar Zavodudur. Müəssisədə ölkəmiz üçün vacib olan bir fazalı, öncədən ödənişli DDSYF23B-AZ (smartkart) tipli elektron elektrik sayğacları istehsal olunur.

Zavodda keyfiyyətli məhsulun istehsal edilməsi üçün müasir tələblərə cavab verən avtomatik yığım xətti yüksək dəqiqlik sinfinə aid ölçmə sazlama cihazları quraşdırılıb. Müəssisə ölkəmizdə mikrokontroller bazasında hazırlanan mürəkkəb konstruksiyalı, çox funksiyalı elektron elektrik sayğacları istehsalı istiqamətində ixtisaslaşan yeganə zavoddur.

Elektron elektrik sayğaclarının fəaliyyətinin dəqiq olması çox vacibdir. Çünki sayğacın işləməsində baş verən kiçik bir qeyri-dəqiqlik istehsalçı istehlakçı arasında narazılığa səbəb ola bilər. Bir neçə il bundan əvvəl bu sahədə mövcud olmuş nöqsanların şahidiyik. Smartkart tipli sayğaclardan sonra isə həmin narazılıqlar əhəmiyyətli dərəcədə azalmışdır.

Yeni tipli sayğacların bir üstünlüyü ondan ibarətdir ki, onlar insanları sovet dönəmindən alışdıqları təsərrüfatsızlıq kimi mənfi vərdişlərdən uzaqlaşdırır. İndi hər bir istehlakçı əvvəlcədən özünün ehtiyacı olduğu qədər elektrik enerjisindən istifadə edir. Belə olan halda istehsalçı ilə istehlakçı arasında "işığı çox işlədib, az pul vermisən" ya əksinə kimi mübahisələrə son qoyulur.

Zavodun sınaqçı mühəndisi Rəşad Sadıqov deyir ki, hazırladıqları sayğaclar konstruktiv icrasına, texniki xarakteristikalarına istismar xassələrinə görə İEC62053-21 beynəlxalq standartlarına cavab verir. Müəssisədə istehsal edilən elektron elektrik sayğacları çoxtarifli ödəniş sisteminə uyğun hazırlanır. Bu sayğaclar yüksək dəqiqliyə malikdir istismardan əvvəl ən müasir texnologiyalardan istifadə etməklə xüsusi sınaqlardan keçirilir.

Müəssisədə bizə onu da bildirdilər ki, bu tipli sayğaclara kənar müdaxilənin edilməsi mümkünsüzdür. Sayğac kənar müdaxiləni qeydə alan mikroprosessorlarla təchiz olunub. Eyni zamanda sayğacın üzərində yerləşən maye kristal displeyindəki güzgü düymənin vasitəsilə 99 adda müxtəlif məlumat almaq mümkündür. Bununla yanaşı, sayğac istehlak olunan aktiv elektrik enerjini onun ödənişinin pul vahidi ilə fəaliyyətini fasiləsiz olaraq qeydə alır. Beləliklə, istehlakçı ödədiyi puldan qədər istifadə etdiyi qədər istifadə edəcəyini qabaqcadan öyrənə bilir. Elektron sayğaclarında balansın artırılması abonent kartı vasitəsilə avtomatik olaraq yüklənir ki, bu da istehlakçının fasiləsiz elektrik təchizatına şərait yaradır. R.Sadıqov bildirdi ki, abonent elektron elektrik sayğaclarında dörd müxtəlif tarifdən istifadə edərək öz balansını 9999 manata qədər artıra bilər. Sayğacın digər üstün cəhəti balans minimuma endikdə abonenti xüsusi siqnal vasitəsilə xəbərdar etməsidir. Bu isə istehsalçı istehlakçı arasında sivil münasibətlərin yaranmasına səbəb olur insan faktoru ilə bağlı neqativ halların qarşısını alır. Sayğacların digər üstün cəhəti sərt iqlim şəraitinə normadan artıq yüklənmələrə dözümlüyüdür.

Zavod ölkənin bu tipli sayğaclara olan tələbatını tam ödəmək üçün istehsalı genişləndirməyi planlaşdırır. Bu məqsədlə gələcəkdə müəssisə gündə 1000 ədəd  sayğac istehsal etməyi nəzərdə tutur. Onu da qeyd edək ki, müəssisənin bu günə qədər istehsal etdiyi məhsulla bağlı alıcılar tərəfindən heç bir şikayət daxil olmayıb.

Öncədən bildirdiyimiz kimi, müəssisədə bütün işlər avtomat yığım xətti yüksək dəqiqliyə malik olan ölçmə cihazları vasitəsilə həyata keçirilir. Burada sanitariya şəraiti təmizlik normalarına tam riayət olunur. İşçilər xüsusi geyimlə təchiz edilir. Onlar işə evə müəssisənin ayırdığı avtobuslarla gedib-gəlirlər. Üstəlik hər gün pulsuz yüksək keyfiyyətli naharla da təmin olunurlar.

Zavodda çalışanların çoxu gənclərdir. Onlar mürəkkəb avadanlıqlarla  işləmək üçün xüsusi bilik bacarıqlara yiyələniblər. Sevinc Əliyeva özü ilə çalışan yoldaşlarının adından bildirdi ki, onlar müəssisə fəaliyyətə başlayandan burada çalışırlar. İşlərindən aldıqları əməkhaqqından razıdırlar:  "Böyüklərimizdən eşitmişik ki, əvvəllər Sumqayıtda fəaliyyət göstərən müəssisələrdə şəraiti çox ağır olub. Sevinirik ki, şəhərimizdə belə müasir müəssisə fəaliyyət göstərir biz burada çalışırıq".

 

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2012.- 8 iyun.- S. 10.