Qazaxıstanda Türk Dünyası Riyaziyyat Cəmiyyəti idarə heyətinin toplantısı olmuşdur

 

İyunun 1-dən 3-dək Qazaxıstanın Almatı şəhərində Türk Dünyası Riyaziyyat Cəmiyyəti (TDRC) idarə heyətinin növbəti toplantısı olmuşdur.

AzərTAc xəbər verir ki, tədbirdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, TDRC-nin vitse-prezidenti akademik Fikrət Əliyev iştirak etmişdir.

Toplantıda TDRC-nin fəaliyyəti, nəşriyyat evinin yaradılması,  onun növbəti V konqresinə hazırlıq, cəmiyyətə üzvlük, onun jurnallarının nəşri və s. ilə bağlı məsələlər müzakirə edilmiş,  müvafiq qərarlar qəbul olunmuşdur.     

Eyni zamanda, həmin ölkədə keçirilən İslam Ölkələri Mühəndislik Akademiyaları Assosiasiyasının V konqresində akademik F.Əliyevin neftin qazlift üsulu ilə çıxarılması prosesinin riyazi modelləşdirilməsi və optimallaşdırılması ilə bağlı çıxışı maraqla qarşılanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 8 iyun.- S. 11.