Tərtərdə
UNICEF-in dəstəyi ilə
reallaşdırılan layihə çərçivəsində
keçirilən tədbirdə region gənclərinin
problemləri müzakirə edilmişdir
İyunun 7-də Tərtər şəhərində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) UNICEF-in dəstəyi ilə reallaşdırdığı "Azərbaycan gənclərinə dəstək proqramı" layihəsi çərçivəsində konfrans keçirilmişdir.
BAMF-ın informasiya departamentindən AzərTAc-a bildirmişlər ki, konfransda Yevlax, Bərdə, Goranboy və Tərtər rayonlarından layihə çərçivəsində yaradılmış təbliğat qruplarının rəhbərləri və üzvləri olan gənclər iştirak etmişlər.
Konfransı giriş sözü ilə BAMF-in sədri, layihənin rəhbəri Umud Rəhimoğlu açaraq reallaşdırılan layihənin əhəmiyyətindən danışmışdır.
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord təmsil etdiyi beynəlxalq təşkilatın gənclərin və uşaqların inkişafına dəstəyindən danışmışdır. O, bu layihədə daha çox gənclərin özlərini ifadə etmələrinə şərait yaradılmasına üstünlük verildiyini bildirmişdir.
Konfransda müvafiq qurumların təmsilçiləri, UNICEF-in əməkdaşları, layihə heyətinin, təbliğat qrupunun üzvləri müzakirə olunan mövzu ilə bağlı fikirlərini söyləmişlər.
Sonra müvafiq qurumların rəhbərləri
gəncləri maraqlandıran sualları
cavablandırmışlar. İcrasına 2011-ci ilin oktyabrından başlanan
və bu ilin sonunadək
davam edəcək layihənin əsas məqsədi
gəncləri idarəçiliyə daha
yaxından cəlb etmək istiqamətində təlimləndirmək,
onları ətraflarında baş
verən hadisələrə daha fəal
diqqət yetirməyə həvəsləndirmək və
müsbət dəyişiklikləri müdafiə etməkdən
ibarətdir. Bu məqsədlə erkən
evlilik, sağlam həyat
tərzi, ətraf mühitin mühafizəsi,
gənclərin sosial-iqtisadi inkişaf proseslərində iştirakı və
s. məsələlərlə
bağlı təlimlər keçiriləcəkdir. Layihə
Gənclər və İdman Nazirliyinin yerlərdəki idarələri,
rayonların icra strukturları və digər
qurumlarla əməkdaşlıq çərçivəsində
həyata keçirilir.
Azərbaycan.- 2012.- 8 iyun.- S. 11.