Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşünün nəticəsi olaraq Trabzon Bəyannaməsi imzalanmışdır

 

İyunun 8-də Trabzonda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra birgə mətbuat konfransı keçirilmişdir.

Mətbuat konfransında əvvəlcə görüşün nəticəsi olaraq üçtərəfli Trabzon Bəyannaməsi imzalanmışdır.  Sonra nazirlər çıxış etmişlər.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Elmar Məmmədyarov Azərbaycanın regionda enerji layihələrinin inkişafına önəm verdiyini bildirmişdir. O, həmçinin iyunun 9-da Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan adamlarının iştirakı ilə hər üç ölkənin iqtisadiyyat nazirlərinin görüşünün keçiriləcəyini söyləmişdir.

Cəbhə xəttində baş verən son hadisələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş olmadığını göstərdiyini vurğulayan nazir problemin Cənubi Qafqazın təhlükəsizliyini və sabitliyini sarsıtdığını, regionun gələcəyi üçün təhlükə yaratdığını qeyd etmişdir.

 

 

Azərbaycan.- 2012.- 9 iyun.- S. 1.