Türkiyə Prezidenti Abdullah Gül: İnanırıq ki,
işğal olunmuş
Azərbaycan torpaqları tezliklə azad
ediləcəkdir
Türkiyə Prezidenti Abdullah Gül işğal olunmuş Azərbaycan ərazilərinin tezliklə azad ediləcəyinə inanır. AzərTAc Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti bu sözləri iyunun 8-də İqdırda çıxış edərkən söyləmişdir. Prezident vurğulamışdır ki, Türkiyə regionda davamlı sülh və sabitlik yaratmağa çalışır.
Abdullah Gül
demişdir: "Bu səylərin
heç də hamısı göz qabağında deyil.
Biz inanırıq ki,
Azərbaycan torpaqları azad ediləcək,
qarşılıqlı düşmənçilik unudulacaq və biz hamımız gələcəyə
ümidlə baxacağıq. Yalnız o vaxt hamı bu regionun nə qədər cəlbedici olduğunu
görəcəkdir".
Azərbaycan.- 2012.- 9 iyun.- S. 1.