MDB üzvü olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasına sədrlik Azərbaycana keçmişdir

 

MDB üzvü olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasına sədrlik Azərbaycana keçmişdir və qarşıda duran məsələ yeni planının təsdiq olunmasıdır. AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan vergilər nazirinin müavini Sahib Ələkbərov jurnalistlərə açıqlamasında demişdir.  O vurğulamışdır ki, plana vergi inzibatçılığına aid olan bütün məsələlər daxil ediləcəkdir. "Azərbaycan vergi inzibatçılığı sahəsində MDB məkanında çox irəli getmiş ölkədir. MDB ölkələrinin bu sahədə apardığı islahatları biz 2000-ci illərin ortalarında reallaşdırmışıq" - deyə nazir müavini qeyd etmişdir. Nazir müavini vurğulamışdır ki, təkmilləşmə hər zaman var və Azərbaycan yeni çağırışlara cavab verir.

 

 

Azərbaycan.- 2012.- 9 iyun.- S. 1.