NATO
qoşunların təmas xəttində yaranmış gərgin
vəziyyətdən ciddi
narahatçılıq keçirir
NATO Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərgin vəziyyətdən ciddi narahatçılıq keçirir.
AzərTAc xəbər verir ki, bu sözləri NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Uilyam Lau iyunun 8-də jurnalistlərə müsahibəsində demişdir.
O, yaranmış vəziyyətin regionda qeyri-sabitliyə yol açmayacağına ümid etdiyini vurğulamış, Şimali Atlantika Alyansının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirmişdir.
Xüsusi nümayəndə
demişdir ki, NATO
Dağlıq Qarabağ probleminin
sülh yolu ilə
nizamlanması ilə bağlı aparılan
danışıqlar prosesində iştirak
etməsə də, ATƏT-in Minsk qrupunun bu istiqamətdə
səylərini dəstəkləyir.
Azərbaycan.- 2012.- 9 iyun.- S. 4.