Azərbaycan
Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında olduqca böyük rol oynayır
Azərbaycan özünün neft-qaz sənayesini qısa bir zamanda inkişaf etdirmişdir və bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında olduqca böyük rol oynayır.
Bu sözləri XIX Beynəlxalq neft, qaz, neftayırma və neft kimyası konfransında iştirak edən Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia demişdir.
R.Kobia bildirmişdir
ki, ənənəvi olaraq
hər il keçirilən bu
konfransda iştirak edən
şirkətlərin sayı artır. Konfrans
olduqca yüksək səviyyədə təşkil
olunur və qonaqlar çox böyük məmnuniyyətlə
Bakıya gələrək bu möhtəşəm
tədbirdə iştirak edirlər. Avropa İttifaqı həmişə Azərbaycana
maraq göstərmiş və hər dəfə
konfransda təmsil olunmuşdur.
Yüksək səviyyəli təşkilatçılıq və
qonaqların sayının artması Azərbaycanın əldə
etdiyi inkişafının nəticəsidir.
Azərbaycan regionun aparıcı dövlətidir
və çox uğurlu
layihələr həyata keçirərək enerji
ixrac edən ölkəyə çevrilmişdir. R.Kobia
demişdir ki, gələn
il Beynəlxalq neft, qaz, neftayırma və neft
kimyası sərgisinin və konfransının 20 illik yubileyi olacaqdır.
Düşünürəm ki, yubiley münasibəti ilə keçiriləcək
tədbirlər möhtəşəm olacaqdır. Avropa İttifaqı mütləq bu yubileydə təmsil olunacaqdır.
Azərbaycan.- 2012.- 10 iyun.- S. 1.