Portuqaliya Respublikasının Prezidenti zati-aliləri cənab Anibal Kavaku Silvaya

 

Hörmətli cənab Prezident!

 

Milli bayramınız - Portuqaliya günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Portuqaliya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Portuqaliya xalqına əmin-amanlıq və rifah diləyirəm.

 

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 31 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 10 iyun.- S. 1.